backend

Bakıda ev yandı — Ölən var

Bakıda ev yandı — Ölən var













Abşeron rayonunda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.
"Ölkə.Az" xəbər verir ki, Abşeron rayonu, Masazır qəsəbəsində ümumi sahəsi 65 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Məlumatı FHN öz saytında yayımlayıb.

Yanğının kəşfiyyatı zamanı 1980-cı il təvəllüdlü Əliyev Əlivəndər Rasim oğlunun yanmış meyiti aşkarlanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.