backend

MTN-nin adından külli miqdarda dələduzluq

MTN-nin adından külli miqdarda dələduzluq






















Onlar özlərini təqsirli bilməyiblər.

Bakı Ağır cinayətlər məhkəməsində Bakı şəhər sakinləri Kamil Hüseynovun və Sərdar Hüseynovun CM-nin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxışı yekünlaşıb.

qaynarxett.az Qafqazinfo-ya istinadən xəbər verir ki, istintaq materiallarına əsasən xəbər verir ki, 2011-ci ilin avqust ayında Kamil Hüseynov və Sərdar Hüseynov Rusiya Federasiyasında sahibkarlıqla məşgul olan tanışları Əli Atakişiyevə özlərini geniş əlaqə və imkanlara malık şəxslər, Sərdarı Milli Təhlükəsizlık Nazirliyinin ( MTN ) əməkdaşı kimi təqdim edərək, etibarını qazanıblar.

Kamil Hüseynov əlaqələrindən istifadə edib Nobel prospektində yerləşən "Luna Park" adlanan ərazinin yanında olan 0,33 ha torpaq sahəsini 100.000 $ müqabilində Dövlət Neft Şirkətindən alıb Əli Atakişiyevə verəcəklərin vəd edib. Sonuncu inandırmaq üçün ARDNŞ-in Xocalı prospekti, 28 ünvanda yerləşən Təhlükəsizlik xidmətinin inzibati binasının qarşısına gətirib, ondan 10.000 $ alaraq binaya daxil olub və bir neçə dəqiqədən sonra yanına gələrək, güya pulu verdiyi şəxslərlə danışıb, torpaq sahəsinin ona verilməsinin razılığını alıb.

Həmin ilin noyabr ayında həmin binanın qarşısında təqsirləndirilən şəxslər biznesmendən qalan 90.000 $ alaraq, yenə inzibati binaya daxil olublar və 10-15 dəqiqədən sonra geri qayıdaraq, Əli Atakişiyevi məsələnin həll olunduğunu bildirib, torpaq sahəsinin sənədləşdirilməsi üçün zəruri sənədləri toplayıb Sərdara verməsini tapşırıb.

Əli Atakişiyev kürəkəni Zaur Qaravəliyevin adına aid sənədləri toplayıb Sərdar Hüseynova verdikdən sonra Kamil Hüseynov 2012-ci ilin yanvar ayına kimi sahibkardan müxtəlif bəhanələrlə, o cümlədən bələdiyyə orqanına vermək adı ilə 2 000 $, Bakı ş. İcra Hakimiyyətinə 3000 $, Torpaq və Xəritəçəkmə Komitəsinə 5 000 avro ələ keçirməklə, ümümilikdə zərərçəkənə 105 000 $ və 5 000 avro məbləgində külli miqdarda ziyan vurublar.

Bundan əlavə, Kamil Hüseynov 2012-ci ilin əvvəllərində Əli Atakişiyevin tanışı Səddam Zöhrabovu 3000 manat mügabilində FHN-də işləyən tanışları vasitəsi ilə yanğın söndürən kimi işə düzəldəcəklərini vəd verməklə, sonuncunu aldadıblar. K.Hüseynov Naziriyin M.Müşviq küşəsində yerləşən inzibati binasının yanında zərərçəkəndən həmin məbləği alıb. Aprel ayında isə onu guya həkim komissiyasından keçməsi üçün FHN-in Moskva prospekti, 57 ünvanda yerləşən Tibb idarəsinin qarşısına çağırıb, orada S.Zahidovdan 60 manat alaraq, rəy verməsi üçün həkim kimi təqdim etdiyi Sərdar Hüseynova verib, bununla da sonuncunun 3060 manat pulunu ələ keçirməklə, dələduzluq ediblər.

İstintaq zanaı həmçinin məlum olub ki, Kamil Hüseynov polis zabiti olub, 2003-cü ildə polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb, heç bir yerdə işləməyib.

Məhkəmə prosesində Kamil Hüseynov və Sərdar Hüseynov ittiham üzrə özlərini təqsirli bilməyiblər.

Məhkəmənin hökmü ilə Kamil Hüseynov 9, Sərdar Hüseynov 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.