backend

Güləşçilərimiz Avropa Millətlər Kubokunda 2-ci yeri tutublar

Güləşçilərimiz Avropa Millətlər Kubokunda 2-ci yeri tutublar













11-12 noyabr 2017-ci il tarixlərində Rusiyanın paytaxtı Moskvada keçirilən güləş üzrə Avropa Millətlər Kuboku - Alrosa Kuboku beynəlxalq turnirinə yekun vurulub.
AZTB.info "Report"a istinadən bildirir ki,komanda yarışı xarakterli turnirdə idmançılar 8 çəki dərəcəsində mübarizə aparıblar.
Yarışlarda yığmamızın idman şərəfini ümumilikdə 16 güləşçi qoruyub.

Qadın güləşçilərin yarışında Azərbaycan, Rusiya, Ukrayna, Rumıniya və Dünya Güləş Birliyinin dəvət etdiyi əlavə 2 komanda mübarizə aparıb. Böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yığmamızı Türkan Nəsirova (48 kq), Səbinə Həmzəlzadə (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edib.
Qadın güləşçilərimiz finalda Rusiya yığmasına 8:0 hesabı ilə məğlub olaraq turnirdə ikinci yeri tutublar.

Sərbəst güləş yığmamız Moskvada baş məşqçi Firdovsi Umudov, məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında çıxış edib. Yığmanın heyətində Georgi Edişeraşvili (57 kq), Əli Rəhimzadə (61 kq), Zəlimxan Vəliyev (65 kq), Murtuz Müslümov (70 kq), İsmayıl Abdullayev, Abubakr Abakarov ( hər ikisi 74 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb. Sərbəst güləşçilərin yarışında Azərbaycan, Rusiya, Gürcüstan, Moldova və Dünya Güləş Birliyinin dəvət etdiyi əlavə 2 komanda yarışıbcaq. Yığmamız finalda Rusiyaya 5:3 hesabı ilə uduzub və turnirdə ikinci yeri tutub.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edib.
Turnirin proqramına əsasən, noyabrın 11-də qrup görüşləri, 12-də isə final görüşləri baş tutub.