backend

İlham Əliyev Tacikistana səfər edəcək

İlham Əliyev Tacikistana səfər edəcək






















Səfər zamanı sənədlərin imzalanması planlaşdırılır.

Azərbaycan Respublikasının başçısı İlham Əliyev Tacikistana rəsmi səfər etmək niyyətindədir.

Səfər 16-17 oktyabr tarixinə nəzərdə tutulur.

Bu barədə qaynarxett.az news.tj-yə istinadən xəbər verir.

Məlum olduğu kimi Tacikistan hakimiyyətində, səfər zamanı Azərbaycan prezidentinin E.Rahmonla və bir sıra yüksək vəzifəli məmurlarla görüşü nəzərdə tutulur, səfərin nəticəsi olaraq isə sənədlərin imzalanması planlaşdırılır.

Mənbənin məlumatına görə, əsasən iqtisadi əməkdaşlığa dair 10 sənədin layihəsi hazırlanıb.

Tacikistanın statistika üzrə agentliyinin məlumatına görə, Tacikistan və Azərbaycan arasında mal dövriyyəsi cari ilin birinci yarısı üçün 11 milyon dollardan artıq olub, iki ölkə arasında 100% ticari dövriyyə idxalatın payına düşür. Tacikistan Azərbaycandan əsasən neft məmulatları idxal edir.