backend

Əfqanıstan sakini münaqişə zamanı arvadının burnunu kəsdi

Əfqanıstan sakini münaqişə zamanı arvadının burnunu kəsdi






















Daha öncə o arvadının dırnaqlarını qoparıb.

Əfqanıstan sakini mətbəx bıçağı ilə arvadının burnunu kəsib, qaynarxett.az BBC News-a istinadən xəbər verir.

İnsident ölkə paytaxtından 300 km uzaqlıqda yerləşən Dakundi vilayətində baş verib.

Polisdə danışılanlara görə, kişi 20 yaşlı qadına münaqişə zamanı hücum edib.

“Qadın xəstəxanaya çatdırılıb, əri isə cinayət yerindən qaçıb”, - hüquq-mühafizə orqanlarında bildiriblər.

Qadın məsələləri üzrə Departamentdə bildiriblər ki, adı çəkilməyən gənc qadın əri tərəfindən ilk dəfə deyildi ki, işgəncəyə məruz qalırdı.

“Onun əri həddən artıq qəddar adamdır. Əvvəllər onun əl barmaqlarından dırnaqlarını çıxarmasının şahidi olanlar var. Bundan başqa o, qadını bir dəfə ac və susuz buraxaraq bir həftə müddətinə otaqda bağlayıb”, - idarədə dəqiqləşdiriblər.

İnsan haqları üzrə Komissiyanın məlumatına görə, 2013-cü ildə ötən illə müqayisədə Əfqanıstanda qadınlara qarşı zorakılıq 25% artıb. Bu artımın aşkar olunmasına səbəb qadınların qəddar davranış barədə məlumat verməyi, KİV-in isə belə hadisələri işıqlandırmağa başlamasıdır.

Bununla yanaşı analitiklər əmindirlər ki, əksər hallarda ailədə zorakılıq halları cəzasız qalır, belə ki, qadınlar bu haqda məlumat verməkdən qorxurlar.