backend

Adı yeyintidə hallanan Leyla Şıxlinskaya klinikasında çalışan işçiləri tutdurur- FAKTLAR

Adı yeyintidə hallanan Leyla Şıxlinskaya klinikasında çalışan işçiləri tutdurur- FAKTLAR














Xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Fim.az "qafqazinfo”ya istinadən xəbər verir ki, artıq istintaq başa çatıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə prosesin ilkin hazırlıq iclası və hakimi təyin ediləcək.

İş üzrə klinikanın baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və daha 3 işçi təqsirləndirilir.

Belə ki, L.Şıxlinskaya Ş.Abbasovanı işdən çıxartdıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun klinikadan 1 milyon mənimsədiyini bildirib. İlkin araşdırma zamanı vergidən yayınma halı da aşkarlanıb.Cinayət işi açılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

L.Şıxlinskayaya həmin işlə bağlı hər hansı günahı olmadığını bildirib. O deyib ki, sadəcə təsisçidir və heç bir sənəddə imzası yoxdur. Əlavə edib ki, işçiləri 700 min manatdan çox pulu ələ keçiriblər və istintaq zamanı bu hal sübut olunub.

Şıxlinskayanın işçiləri Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilirlər.

Xatırladaq ki, "Leyla Şıxlinskaya”da vətəndaşlar tərəfindən ünvanlanan şikayətlərin sayı mətbuat səhifələrində dəfələrlə yayımlanıb. Bundan başqa klinikanın sahibəsi Leyla Şıxlinskayanın öz adı da dəfələrlə dələduzluqda hallanıb.

Sonuncu dəfə Life.ru saytının yaydığı məlumatda Moskvanın ən nüfuzlu küçələrindən biri sayılan Petrovkada elit binalardan birinin sonuncu mərtəbəsində iki mənzilin mənimsənilməsi faktının üstünü açılmışdı.

Bir neçə gündür ki, Rusiya mətbuatında Azərbaycanın xalq artisti Leyla Şıxlinskayanın adı dələduzluq ittihamında hallanır.

Life.ru saytının yaydığı məlumata görə, Rusiya Reyestr İdarəsinin Moskva şöbəsi külli miqdarda dələduzluq faktı ilə bağlı polisə müraciət edib. Nəticədə Moskvanın ən nüfuzlu küçələrindən biri sayılan Petrovkada elit binalardan birinin sonuncu mərtəbəsində iki mənzilin mənimsənilməsi faktının üstünü açılıb.

Mənzillərdən birinin sahibinin Azərbaycanın xalq artisti Leyla Şıxlinskaya olduğu bildirilir. Müəyyən edilib ki, dəyəri 500 milyon rubldan çox olan həmin iki mənzil son bir ildə saxta sənədlərlə bir neçə nəfərin adına keçirilib. 336 kv.m-lik, dəyəri 250 milyon rubl olan bir mənzilə Abdulvaris M. adlı şəxsin, onunla qonşu olan 400 kv.m-lik mənzil isə Şıxlinskaya Leyla Fərrux qızının adına sənədləşdirilib.