backend

Rusiyada təyyarə qəzası — Ölənlər var

Rusiyada təyyarə qəzası — Ölənlər var












Rusiyanın Xabarovsk vilayətində "Let L-410" təyyarəsi qəzaya uğrayıb.
"Ölkə.Az" xəbər verir ki, ilkin məlumatlara görə təyyarənin göyərtəsində 7 nəfər olub.

Layner Xabarovsk-Nikolayevs na Amur-Nelkan marşrutu üzrə hərəkət edirmiş. Nelkan yaşayış məntəqəsindəki uçuş zolağına sərt eniş edib. Əraziyə dərhal xilasedicilər göndərilib.
İlkin məlumatlara görə qəzada yalnız azyaşlı uşaq sağ qalıb. Onun vəziyyəti isə ağırdır. Digər altı nəfər həlak olub.