backend

Azərbaycanlı tələbələr yol qəzasında öldü - FOTO

Azərbaycanlı tələbələr yol qəzasında öldü - FOTO






















Qəzada daha yeddi nəfər yaralanıb.


Türkiyədə 2 azərbaycanlı tələbə avtomobil qəzasında ölüb.

qaynarxett.az xəbər verir ki, APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Uşak şəhərində baş verib.

Ölənlərin Uşak Universitetinin Maliyyə fakültəsinin 2-ci kurs tələbəsi Ülvi Sərdarov, İdarəetmə fakültəsinin 2-ci kurs tələbəsi Elvin Bəhramlı olduğu bildirilir.

Məlumata görə, azərbaycanlı tələbə Əli Kərimlinin idarə etdiyi avtomobil İzmir-Ankara yolunda dirəyə çırpılıb və daha sonra başqa avtomobillə toqquşub.

Qəzada yeddi nəfərin yaralandığı, onlardan ikisinin azərbaycanlı tələbələr - Anar Musayev və Mayis Həsənov olduğu açıqlanıb.

Azərbaycanlı tələbələr yol qəzasında öldü - FOTO