backend

Dmitri Kiselyov: Azərbaycan çətin hədəfdir! – VİDEO

Dmitri Kiselyov: Azərbaycan çətin hədəfdir! – VİDEO






















“Amerikalıların toxunduğu hər şey çürüyür”.

“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov bu həftə Bakıda səfərdə olub.

Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdə o, rusdilli KİV-in, eləcə də Azərbaycanda tədrisin rus dilində olduğu təhsil müəssisələrinin fəaliyyəti üçün yaradılmış şəraitə görə təşəkkür edib.

Səfər təəssüratlarını, eləcə də Rusiya-Azərbaycan münasibətləri barədə görüşlərini “Vestnik Kavkaza” ilə bölüşüb.

Qaynarxettşinfo müsahibəni təqdim edir:

- Dmitri Konstantinoviç Azərbaycan prezidenti ilə söhbətiniz nə haqqında oldu?

- Dövlət başçısı ilə görüş qapalı məsələdir. Bu görüş mətbuatsız oldu. Bu tanışlıq idi. Mən daha öncə cənab prezidentlə görüşməmişdim. Amma deyə bilərəm ki, görüş məndə xoş təəssüratlar yaratdı.

O, möhkəm, böyük siyasətçidir, deyərdim regional səviyyədən yüksəkdir, onun sözü regionda təhlükəsizliyə zəmin yaradır. Azərbaycan sürətlə inkişaf edir. Mənə elə gəlir ki, kolleqalarımın çoxu mənimlə bu təəssüratları bölüşmək üçün Azərbaycana, Bakıya səfər etməlidirlər.

- Beynəlxalq şəraitin pisləşməsi zəminində Rusiya-Azərbaycan münasibətlərinin perspektivini necə görürsünüz?

- Mənə elə gəlir ki, Azərbaycan bütün dünya üçün “çətin hədəfdir”. O, milli maraqlara cavab verən tamamilə azad, müstəqil siyasət seçib. Məncə bu ölkə digərləri üçün nümunə ola bilər. Məsələn, Almaniya, Yaponiya kimi iri dövlətlər üçün. Azərbaycanın müstəqillik həcmi adıçəkilən ölkələrdən dəfələrlə çoxdur. Belə ki, mən Merkelə və ya Sindzo Abeyə Azərbaycana səfər etməyi və bu inkişaf edən ölkənin prezidenti ilə görüşməyi məsləhət görərdim.

- Hesab edirsinizmi ki, hal-hazırda Cənubi Qafqazda antirusiya cəbhəsi yaradılır?

- Azərbaycana etdiyim səfərə nəzərən və Ermənistanı tanıdığım qədər belə bir şey yoxdur.

Cəhdlər, əlbəttə ki, var. Amerikalılar Azərbaycanda və ya Ermənistanda baza yaratmaq istəyirdilər, amma bu, alınmayacaq. Ümid edirəm ki, bu dövlətlərin, onların rəhbərlərinin, elitasının bunu etməməyə səriştəsi çatacaq.

Çünki antirusiya cəbhəsi amerikalıların marağında olacaq, onların toxunduqları hər şey çürüyür. Liviya, Suriya, İraq, Gürcüstan və Ukrayna sadəcə dağıldılar. Mən Qafqazda belə sınaqların keçirilməsini istəməzdim.