Zaur Kamal 7-ci sinif şagirdinə elçi getdi - VİDEO

54

Zaur Kamal 7-ci sinif şagirdinə elçi getdi - VİDEO












"Xəzər TV”-nin "5-də 5" verilişinin aparıcısı Zaur Kamal "Elçilik” rubrikası üçün 7-ci sinif şagirdinə elçi gedib.

15 yaşlı məktəbli qızın anası isə buna etiraz edib.

"Qızımı ərə vermək fikrim yoxdur. Deyir ki, məni o oğlana ərə versəniz, özümü öldürərəm. Məktəbdə oxuyuram, evlənmirəm. Uşaqdır, onun arzuları var. Hələ belə şeylər fikirləşmir”, - deyə ana söyləyib.

Qeyd edək ki, Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapıb. Bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur.

oxu.az