backend

Ermənistan “DQR”nı tanımağa hazırlaşır

Ermənistan “DQR”nı tanımağa hazırlaşır






















Erməni parlamentində bu məsələ dəfələrlə müzakirə edilib.

Ermənistan Milli Məclisinin Xarici münasibətlər üzrə daimi komissiyasında, bu gün saat 12:15-də, “Naslediye” partiyasının təklif etdiyi “Dağlıq Qarabağ və Ermənistanın təhlükəsizliyinin təmin edilməsinə dair əsas hərbi-siyasi müddəaların konseptual bəndləri” layihəsinin müzakirəsi olacaq.

qaynarxett.az Vesti.Az-a istinadən xəbər verir ki, əsas məruzəçi kimi parlamentin deputatı Zarui Postancyan çıxış edəcək.

Layihədə qeyd edilib:

“Beynəlxalq və hərbi-siyasi vəziyyəti, əsasən Dağlıq Qarabağ və Ermənistana qarşı təhlükə və çağırışları nəzərə alaraq, Ermənistanın Milli Məclisi qərara alır:

1. “Dağlıq Qarabağ Respublikası”nın tanınmasını,

2. Dağlıq Qarabağ və Ermənistan dövlət sərhəddində digər dövlət və beynəlxalq təşkilatlar tərəfindən keçid (sərhəd, gömrük və s.) məntəqələrinin yaradılmasını istisna etmək,

3. Dağlıq Qarabağ və Azərbaycan arasında “sərhəd”də digər dövlət və beynəlxalq təşkilatlar tərəfindən silahlı qüvvələrin dislokasiyasını istisna etmək,

4. Dağlıq Qarabağ və Ermənistanın ərazi bütövlüyünü və ya müstəqilliyini təhlükə altına atan hər hansı bir struktura daxil olmağı istisna etmək.

Qeyd edək ki, erməni parlamentində “DQR”nin tanınması məsələsi dəfələrlə müzakirə edilib, amma hər dəfə erməni deputatları geri çəkiliblər, çünki onlar bilir ki, bu addım Azərbaycanı Dağlıq Qarabağda kontr-terror hərbi əməliyyatlara başlamağa sövq edəcək.