backend

Rusiyada anonim zəng — Putinin yoluna 50 bomba qoyulub

Rusiyada anonim zəng — Putinin yoluna 50 bomba qoyulub















Rusiya prezidenti Putinin maşın karvanının Sankt-Peterburq şəhərində keçəcəyi yola 50 bomba quraşdırılıb.
"Ölkə.Az" xəbər verir ki, Kremlin mətbuat katibi Dmitriy Peskov bildirib ki, bu barədə 60 anonim zəng daxil olub.

Cümə günü Putin Peterburqa səfər edib və Mədəniyyət Forumunda iştirak edib.

Peskov deyib: "60 zəng daxil oldu və 50 müxtəlif bomba barədə xəbər verildi. Bu bombalar prezidentin maşın karvanının keçəcəyi ərazilərə quraşdırılmışdı".
Təhlükəsizlik xidməti məsələyə əl qoyub. Zənglər dövlət başçısının iş qrafikinə təsir etməyib.

Peskov həm də qeyd edib ki, zənglər ölkə xaricindən gəlib. Onun sözlərinə əsasən, bunu telefon xuliqanları və telefon terrorçuları həyata keçirir. Gec-tez bu anonim zəngi edənlər tapılacaq.