backend

Ağstafadakı bu olay səs-küy yaradacaq - FOTOFAKT

Ağstafadakı bu olay səs-küy yaradacaq - FOTOFAKT















“Ağstafa rayon Köhnəqışlaq kənd məktəbi rayonun başbilənləri Məhərrəm Quliyevin, RİH-in memarı, əslən Köhnəqışlaqdan olan Sənan Mustafayevin israrlı təkidlərindən sonra kənd qəbiristanlığına bitişik tikilib. Qəbiristanlıqda dəfn mərasimləri məktəb şagirdlərinin gözü qarşısında baş verir”.

GoldNews.az xəbər verir ki, bu haqda xural.com-u Ağstafa sakinləri məlumatlandırıblar. Onların dediyinə görə, mərhumlarını yad etməyə gələnlərin ağlaşma səsləri şagirdlərdə pisixoloji zədə yaradır və bu səbəbdən valideynlərin çoxu övladlarını qonşu Tatlı kənd məktəbində oxutdururlar. Sakinlərin verdiyi məlumatlara görə, nə yazıqlar ki, kənd camaatının prezidentə, Təhsil Nazirliyinə yazdıqları etiraz məktubları nəticəsiz qalır və yaramazlar bilərəkdən, məqsədli şəkildə ölkədə yeni nəslin savadsız, qüsurlu yetişməsinə çalışırlar. “Bu da genefondumuza vurulan ən ağır zərbədir” deyə xural.com-a müraciət edən yerli sakinlər, məsələni ictimailəşdirmək üçün bizdən dəstək istəyirlər…
Ağstafadakı bu olay səs-küy yaradacaq - FOTOFAKT