backend

Bakıda intihar hadisəsi — Qadın özünü binadan atdı

Bakıda intihar hadisəsi — Qadın özünü binadan atdı













Bakıda qadın özünü beşinci mərtəbədən atıb.
AZTB.info "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, noyabrın 17-də, gecə saatlarında Şərifzadə küçəsi 69 ünvanında 1968-ci il təvəllüdlü Rəna Zeynalova özünü yaşadığı binanın beşinci mərtəbəsindən yerə atıb. Nəticədə onun hər iki daban sümüyü sınıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, iki gün sonra xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldümrə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Fakt araşdırılır.