backend

Sergey Lavrov Azərbaycanla Rusiya arasındakı ticarət əlaqələrindən danışıb

Sergey Lavrov Azərbaycanla Rusiya arasındakı ticarət əlaqələrindən danışıb













“Cari ilin ilk 9 ayında iki ölkə arasında ticarət dövriyyəsi ən azı 60 faizdən çox artıb".
Ölkə.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdə bildirib.
Nazir deyib ki, bu, ticarət dövriyyəsinin azalması tendensiyasının qarşısını almaq və investisiya qoyuluşu sahəsində tempi artırmaq istiqamətində çox ciddi addımdır: "Bu il Stavropolda uğurla keçirilmiş Regionlararası Forumu qeyd etməliyəm. Bakıda parlamentlərarası komissiyanın iclası keçirilib. Biz diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar həmkarımla qarşılıqlı səfərlər etmişik. Moskvada arxiv sənədlərinin sərgisi keçirilib. Sabah bu tarixə həsr edilmiş əlavə tədbir keçirəcəyik. “ADA” Universitetinə çıxış etmək dəvətinə görə təşəkkürümü bildirmək istəyirəm”.

Sergey Lavrov həmçinin qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlər üçlüyünün üzvü kimi düyünün açılmasına hərtərəfli kömək göstərməkdə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıdır.

“Burada biz sizinlə tamamilə razıyıq ki, bu istiqamətdə fəal səylər göstərmək lazımdır”, deyə nazir vurğulayıb.