backend

Prezident tikdirir,başçı isə satır

Prezident tikdirir,başçı isə satır



















Qazaxda uşaq-əyləncə mərkəzi möhtəkirə satılıb?

Ölkə başçısı İlham Əliyevin regionlara səfərindən əvvəl həmin yerlərdə quruculuq və abadlıq işləri aparılır. Üstəlik, prezidentin yeni iş yerlərininn lentini kəsməsi üçün obyektlər, uşaq-əyləncə mərkəzləri tikilir. Qazaxda bu vəziyyət İlham Əliyevin son gəlişində də baş verdi. Bir neçə obyektlərin tikintisi ilə bahəm Heydər Əliyev adına parkda uşaq-əyləncə mərkəzi işə salındı. O qədər də hərtərəfli şəraitə malik olmayan mərkəz çox keçmədi ki, rayonda hansısa məmurun tamahına tuş gələrək Rusiyada yaşayan Asif adlı biznesmenə satıldı.
Qazax sakinlərinin şikayətlərində qeyd olunur ki, “Uşaq-əyləncə mərkəzini icarəyə götürən Asif adlı şəxs uşaqların istifadə edəcəkləri qurğuların hərəsinə bir qiymət qoyub. Burada 20 qəpikdən tutumuş 1-2 manata kimi “xidmət” növü vardır. Mərkəzə 4-5 nəfər işçi də götürülüb. Onlar heç bir yerdə işləməyən, valideynlərinin himayəsində olan körpələrimizin hesabına maaş alırlar. Alınan məlumata görə, Asif uşaq-əyləncə mərkəzi üçün icarə haqqını ayda “az qazananlara” 1000 manat ödəyir”
Məlumatda daha sonra bildirilir:”Bəli, Prezidentin Qazaxa gəlişində ona özlərini bacrıqlı rayon rəhbərləri göstərənlər, sonradan uşağın məsum gözlərinə gəlir mənbəyi kimi də baxırlar. Bundan nə gözləmək olar?
Təsəvvür edin, kimin 20 qəpiyi var, qurğudan istifadə edə bilər, olmayan da boynynu bükməyə məcburdur. Bu haramıza və haraya yaraşar? Bu işdə gec-tez cavab verəcək məsul şəxslər və Asif kimiləri görəsən nə düşünürlər? Uşaqdan qazanc götürmək istəyənlər nə vaxtdan bu ölkənin vətəndaşı olublar? Qarşı tərəfi də dinləməyə hazırıq”.

qaynarxett.az