backend

Saatlının qara niyyətli qara atlıları və yaxud rayonun özünə məxsus Bağırovu

Saatlının qara niyyətli qara atlıları və yaxud rayonun özünə məxsus Bağırovu














Saatlının bir sıra idarə və təşkilatlarında zaman zaman yaşanan özbaşınalıq artıq bugün demək olar ki kritik həddə çatıb.Pulun əsas dəyər prinsipinə çevrildiyi rayonun idarə və təşkilatlarının sırasında maliyyə və su təsərrüfatı idarələri sanki dövlət içində bir dövlətdir.Hər iki sahəyə rəhbərlik edən şəxslərin idarəçilik üsulu ancaq özlərinin şəxsi maraqlarına söykənərək gördükləri bütün işlərin hamısını rüşvət, korrupsiya, yalan və saxtakarlıq üzərində keçirirlər.Hardasa dörd ilə yaxındır ki, Namiq Bağırov maliyyə idarəsinin müdürü vəzifəsində çalışır.Gəldiyi andan rayonun maliyyəsini qaranlığa bürüyən Namiq Bağırov idarə və təşkilatlara qənim kəsilib.İşçilərin günlərini qara, əppəklərini isə para edib.
Namiq Bağırovun informasiya azadlığına da, əməlli-başlıca alergiyası var.Binanın hər tininə bir mühafizəçi qoyub.Özünün və Əli adlı sürücüsünün icazəsi olmadan bir kimsə qəbula düşə bilməz.Təbii ki, bu icra nümayəndələrinin mühasiblərinə aid deyil.Çünki Namiq Bağırov kənd icra nümayəndələrinin vasitəsi ilə müxtəlif adlar altında saxta sənədlər əsasında 100 min manatlarla pul silir.Təkcə uşaq baxçalarına baxmaq kifayət edər.Bir uşağın bir günlük yeməyinə nə qədər pul ayrilir?Onu da deyim ki, bu hələ də sirr olaraq qalır.Uşaq bağçalarında gün ərzində bir dəfə, o da nahar vaxtı yemək verilir.Bu ya verməşil, ya da ki, yağsız sup olacaq.Demək olar ki, bu beləcə hər gün təkrar olur.Əgər sənədlərə baxsaq onda menyuda hər cür ərzaq növlərini görmək olar.Bunu uşaq baxçalarının təsərrüfat işlərində çalışanlar da təstik edir.Halbuki məktəbə qədər olan belə təhsil müəsissələrinə dövlət büdcəsindən xeyli miqdarda vəsait ayrılır.Göründüyü kimi körpə uşaqların çörək puluna da göz dikən Namiq Bağırov maraqlıdır, görəsən özünün bir günlük qida rasionunu 20 qəpiklə ödəyə bilərmi?
Rayonda məmurların əsas qazanc yerlərindən biri də kağız üzərində olan kiçik müəsissələrdir. Bu indi günümüzün ən aktual məsələlərindən biridir.Bu ad altında Namiq Bağırov milyonlara imza atır.Bu adam üçün heç bir ölçü vahidi yoxdur.İdarə və təşkilatlarda əmək haqqından tutmuş digər hər bir işə görə qabaqcadan öz payını alır.Bu olmadıqda yəni ki, mühasiblərlə razılığa gəlinmədiyi halda bunun əziyyətini işçilər çəkir.Əmək haqları gecikir, bülleten və ezamiyyət pullarını isə hec vaxt ala bilmirlər.Çirkli yollarla pul qazanmağa daha çox meyilli olan Namiq Bağırov idarə və təşkilatlarda çalışan işçiləri saxta sənədlərlə ezamiyyətə göndərir,hansı ki, həmin adamların bundan hec xəbəri olmur.Ayrılan pullar isə həmişə olduğu kimi Namiq Bağırovun xəzinəsinə yerləşir.Həqiqətən ezamiyyətə gedənlərə gəldikdə isə onlar illərlə pullarını ala bilmirlər.
Namiq Bağırovdan fərqli olaraq su təsərüfatı idarəsinin müdürü Tahir Rzayev rayonda elə də tanınmış sima deyil. Həftənin dörd günü harada olduğu bilinməsə də lakin üç gününü Bakıda istirahətdə keçirir.Onun qəbuluna düşmək hələki heç kimə müəssər olmayıb.Tahir müəllim özünü kənar şəxslərdən qorunmaq üçün tabeçiliyində olan işçilərdən ibarət mühafizə dəstəsi yaradıb.Binanın girişindən onun düz otağına qədər düzülən həmin bu dəstə üzvləri içəri daxil olan vətəndaşları sorğu-suala tuturlar.Nəyə gəlmisən, kim lazımdır ilaxir və sair.Sonra da qəti olaraq bircə onu bildirirlər ki ,müdür yerində yoxdur.Torpaq və əkinlərin suvarılması ancaq yağışların ümüdünə qalıb.Sovet dövründə əkinlərin suvarılmasında istifadə olunan su kanalları baxımsızlıqdan itib batıb.Su idarəsinin nəzarətində olan texnikalar isə icarəyə verilib,hər kvartalda sözü gedən bu idarəyə tonlarla yanacaq və sürtkü yağları verilsə də lakin bunun hara sərf olunduğu Tahir Rzayevdən və yaxın çevrəsindən savayı bir kimsəyə bəlli deyil.Tahir müəllimin başı demək olar ki, ancaq özünün biznesinə qarışıb.

P.S:Qəzet çapa gedərkən məlumat aldıq ki,ötən gün rayonun Süvarma Sistemləri idarəsinin müdiri hamının gözü qarşısında üzərində gəzdirdiyi 100-ə yaxın maaş kartından pul çəkib.
Belə ki, idarə müdiri rayondakı bankomatlardan birinə yaxınlaşaraq, əlindəki kartlardan pulları çəkərək, onu plastik torbalara yığıb. Bununla kifayətlənməyən sözügedən şəxs nümayişkaranə şəkildə həmin pulları elə bankın içində sayaraq, səliqəyə salıb. Məlumatda bildirilir ki, idarə müdirinin bu hərəkəti olayı görənlərin qəzəbinə səbəb olub. Hətta etiraz edənlər belə varmış. Lakin sözügedən şəxs ümumiyyətlə, ətrafda ona olan münasibətə heç bir reaksiya verməyərək, saymazyana şəkildə hərəkətlərinə davam edib.

Ardı var
İLham