backend

Çində tapılan kəllə sümüyü elm aləmini alt-üst etdi

Çində tapılan kəllə sümüyü elm aləmini alt-üst etdi














40 il əvvəl Çində 260 min illik kəllə sümüyü tapılıb.
Bir qrup alimin araşdırması müəyyən edib ki, təkamül Afrikadan yox, Asiyadan başlayıb.

Bir çox antropoloq və elm adamı insan növünün 200 min il əvvəl Afrikada meydana çıxdığına və 80 min insanın Afrikadan ayrılaraq dünyanın müxtəlif nöqtələrinə səpələndiyinə inanır. Amma Çində tapılan kəllə sümüyü elm aləmini alt-üst edib.
Homo sapiens insan növünün atası olaraq tanınan homo erektus növünə aid kəllə sümüyü ilə bağlı çinli alim Xinzi Vu və amerikalı alim Şila Atreya bəşəriyyətin Afrikada yox, Asiyada yarandığını iddia edir.