backend

Bələdiyyə sədri niyə intihar etdi?

Bələdiyyə sədri niyə intihar etdi?


















Göyçayda Mənsur Məmmədovun “bələdiyyə bazarlığı” qana bulaşdı

Payızda keçiriləcək bələdiyyə seçkilərinə xüsusi hazırlaşan hakimiyyət dairələri artıq prosesi əyalətlərə transfer etməyə qərar veriblər. Göyçay rayonunda bu istiqamətdə görülən işlər daha sərt şəkil alıb. İcra başçısı Mənsur Məmmədov ötən həftədən etibarən kəndlərdə görüşlər keçirməyə başlayıb. İcra başçısının keçirdiyi bu görüşlər heç də əhalinin problemləri ilə maraqlanmaq deyil, sırf bələdiyyə seçkiləri ilə əlaqədardır.
Artıq bələdiyyə sədri olmaq istəyənlərin siyahısı da hazırlanaraq başçıya təqdim olunub,ərazisinə görə başçıya çatacaq rüşvətyığma kompaniyasına başlanılıb.Elə bu arada Göyçay rayonunda bələdiyyə sədri Mahmud Şıxməmmədovun intihar etməsi ilə bağlı şok məlumatlar yayıldı.
Hadisə ilə bağlı redaksiyamıza da daxil olan ilginc məlumata görə, bələdiyyə sədri mərhum Mahmud Şıxməmmədov ölümündən əvvəl istintaqa çağırılıb. Bundan sonra bələdiyyə sədri kredit götürmək üçün bir neçə banka müraciət edib, lakin kredit götürə bilməyib.
Göyçaydakı mənbənin bildirdiyinə görə, ondan külli miqdarda pulun tələb oldunduğu iddia edilir. Bu məbləğın hətta 30-50 min manat civarında olduğu deyilir. Vurğulanır ki,
Şayarxı kəndinin bələdiyyə sədri, 3 uşaq atası Mahmud Şıxməmmədovdan ölümündən əvvəl Göyçay rayonunun rəhbərliyi pul istəyib. İddia edilir ki, tələb olunan pulun məbləği böyük olub. Onu ödəmək imkanı olmayan bələdiyyə sədrinin bir neçə dəfə yaxınlarına şikayət etdiyi deyilir.
Yayılan xəbərdə o da qeyd olunur ki, Şıxməmmədov bundan əvvəl də rayon rəhbərlərinin pul tələbini yerinə yetirib. Həmin pulu düzəltmək üçün yaxınlarından və dostlarından borc aldığına dair də bilgilər var. Son zamanlar isə borclarını qaytara bilmədiyindən ciddi sıxıntılar keçirdiyi vurğulanır.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Müvafiq qurumların da mövqeyini dərc etməyə hazırıq.


qaynarxett.az