backend

Dağlıq Qarabağ problemi tezliklə həll edilməyəcək — Lavrovdan AÇIQLAMA

Dağlıq Qarabağ problemi tezliklə həll edilməyəcək — Lavrovdan AÇIQLAMA














Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda rəsmi görüşdən sonra açıqlamalar verib.
"Ölkə.Az" xəbər verir ki, Lavrov Dağlıq Qarabağ probleminin tezliklə həll edilməyəcəyini açıqlayıb.

Rusiyanın XİN rəhbəri İrəvanda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar aparıb. Danışıqlardan sonra Lavrov açıqlama verib: "Düşünürəm ki, Ermənistan və Azərbaycan prezidentlərinin Cenevrədə keçiriləcək görüşü yaxşı faktordur".
Lavrov bildirib ki, pozitiv münasibətin Qarabağ münaqişəsinin həllinə yansıması daha yaxşı olardı: "ATƏT-in Minsk qrupunun həmsədrləri bu işlə məşğuldurlar. Bir müddət əvvəl Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada həmsədrlərlə görüşlər keçirdilər. Biz fransalı və amerikalı həmkarlarla birgə hazırda hansı məsafəni qət etdiyimizi analiz edəcəyik. Nizamlanmanın əldə olunması üçün şəraitin yaradılması istiqamətində aktiv şəkildə səylər göstərəcəyik. Lakin mən həddən artıq optimist bəyanat səsləndirmək istəməzdim. Münaqişə olduqca çətin münaqişədir və danışıqlar zamanı əldə etdiyimiz təcrübə göstərir ki, danışıqlar tezliklə yekunlaşmayacaq".