Yardımlıda benzin monopoliyası » Qaynarxett.az Qaynarxett.az

Yardımlıda benzin monopoliyası

635

Yardımlıda benzin monopoliyası


























İcra başçısı Sevindik Hətəmov rayonda əsas gəlirli sahələrindən biri olan yanacaq biznesini inhisara alıb.


Yardımlı ucqar dağ rayonu olmaqla yanaşı, problemləri də xeyli sayda çoxdur. Ən dəhşətli problem isə indiyə qədər bu rayona onun üçün can yandıra bilən icra başçısının göndərilməməsidir. Göndərilən isə daha çox özünü düşündüyündən, əhali ilə ya yola getmir, ya da şəxsi mənafeləri baxımından onların hüquqlarını tapdayır. Bu barədə qəzetimizin keçən saylarında geniş məlumat vermiş,icra başçısı Sevindik Hətəmovun qanunsuz əməllərindən bəhs etmişdik.
Redaksiyamıza yeni daxil olmuş məlumatda bildirilir ki,Sevindik Hətəmov rayondakı bütün maşınların yalnız bir YDM-dən yanacaq ala biləcəyi barədə qəti tapşırıq verib
Kiçik dağ rayonu olan Yardımlıda 4 Yanacaq Doldurma Məntəqəsi (YDM) fəaliyyət göstərir. Onlardan üçü uzun müddətdir fəaliyyətdə olsa da, biri yeni yaradılıb. Yenini rayonda işə salan isə heç də kənar biri deyil. Elə Yardımlının icra başçısı Sevindik Hətəmovdur.

Məlumatda deyilir ki, icra başçısı rayonda benzinə olan təlabatı nəzərə alaraq, bu şəkildə biznesini genişləndirmək istəyib. Lakin bu zaman ciddi ədalətsizliyə də imza atıb. Hal-hazırda Yardımlıda avtomobillərin, xüsusən də yük avtomobillərinin sahibləri yalnız icra başçısının YDM-dən benzin ala bilərlər. Əks təqdirdə, həmin sürücüləri bu və ya digər şəkildə cəzalandıra biləcəkləri barədə xəbərdar ediblər.

Düzdür, gözdən pərdə asmaq üçün digər YDM-lərə də bəzilərinin getməsinə hələlik əngəl törədilmir. Lakin sahibkarlar deyirlər ki, belə davam edərsə, onlar bağlanmalı olacaqlar. Çünki gəlirləri demək olar ki, ən aşağı həddə düşüb və bu da xərclərini qarşılamağa imkan vermir.

Ələlxüsus, rayonda dövlət işlərində, habelə bir sıra layihələrdə çalışan iri yük maşınlarının yalnız başçının YDM-dən benzin alması şərtdir. Hətta bunun üçün maraqlı bir taktika da işə salınıb. Belə ki, Yardımlıda işləyən şirkətlərə məxsus maşınlara bir müddət nisyə yanacaq verilir. Hətta bunun üçün 5000 manata qədər limit müəyyən edildiyi deyilir. Həmin şirkət borcu qaytardıqda, bu şəkildə işləməyə davam edir. Əgər pulu ödəməyib, başqa bir YDM-ə üz tutmaq istəsələr, kimsə onlara bir litr yanacaq belə satmaz.

Son məlumata görə, rayonun icra başçısı Sevindik Hətəmovun əsas gəlirli sahələrindən biri olan yanacaq biznesi qısa müddətdən sonra tam inhisara alınmış olunacaq.


qaynarxett.az