backend

Gürcüstanın paytaxtında anti-terror əməliyyatı — Sakinlər təxliyə edildi

Gürcüstanın paytaxtında anti-terror əməliyyatı — Sakinlər təxliyə edildi














Gürcüstanın paytaxtı Tiflis şəhərində anti-terror əməliyyatı keçirilir.
"Ölkə.Az" xəbər verir ki, əməliyyat dünən gecə saatlarında başlayıb və Tiflis ətrafında hələ də davam edir. Məqsəd xarici terrorçuların saxlanılmasıdır.

Gürcü milli təhlükəsizlik xidmətindən verilən məlumata əsasən, paytaxt ətrafında anti-terror əməliyyatı keçirilir. Şübhəli şəxslər xüsusi təyinatlılara atəş açıblar.
Hadisə yerində partlayış və silah səsləri eşidilib. Əməliyyat keçirilən ərazidəki sakinlər təxliyə edilib.

Səhər saatlarında bildirilib ki, əməliyyata əlavə xüsusi təyinatlılar cəlb edilib. Silah səsləri davam edir. Yaxınlıqdakı məktəbdə dərslər təxirə salınıb. Qeyd edilir ki, iki xarici terrorçunun saxlanılması üçün başlanılan əməliyyat davam edir.