“Deputatların ezamiyyət pulu, maaşı artırılsın” - Siyavuş Novruzov

39

“Deputatların ezamiyyət pulu, maaşı artırılsın” - Siyavuş Novruzov













"Ezamiyyət üçün ayrılan pullar Milli Məclisin deputatların müəyyən tədbirlərdə iştirakı üçündür. Amma bu tədbirlərin dəqiq sayını demək mümkün deyil. Plansız o qədər tədbirlər olur ki”.

Bunu parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında layihənin müzakirəsi zamanı deyib. Komitə sədri bildirib ki, ezamiyyə xərclərinə əlavələr olunmalıdır.

"Bu vəsait istifadə olunmasa, geri qaytarılacaq. Beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qərarlar qəbul edirlər. Elə Avropa Şurasının özündə də geriyə dönüş başlayıb. Bizim deputatlarımız ora səfər etməli, müəyyən tədbirlərdə iştirak etməlidirlər. Bunun üçün də vəsait tələb olunur”.

Deputat qeyd edib ki, Azərbaycan Milli Məclisinin dünyanın bir çox ölkəsi ilə dostluq qrupları var və onlar yaxşı işləyirlər.

"Əsas meyar onların gedib-gəlməsi və əlaqə qurmalarıdır. Dostluq qruplarının Azərbaycana dəvət olunması mühüm məsələdir. Bu sahəyə müəyyən qədər vəsait ayrılsa, yaxşı olar. Bundan əlavə, Azərbaycan həqiqətlərinin dünyaya çatıdırıması üçün də müvafiq tədbirlər keçirilməlidir. Türkiyədə, Rusiyada olur ki, iş adamları da dəstək göstərir. Amma Avropanın elə ölkələri var ki, orada 3 nəfər azərbaycanlı iş adamı yoxdur. Bu məsələyə diqqət ayırılsa, yaxşı olar. Həmçinin kitabların çap olunmasını və tərcümə olunmasını da Milli məclis diqqətdə saxlamlıdır”.

Deputat növbəti dəfə deputatların maaşının artırılmasını təklif edib.

///Modern.az