backend

Realliq.info-nun baş redaktorunun kompüterləri oğurlanıb

Realliq.info-nun baş redaktorunun kompüterləri oğurlanıb












Noyabrın 23-də gecə saatlarında naməlum şəxslər Realliq.info-nun baş redaktoru İkram Rəhimovun Mehdiabad qəsəbəsindəki şəxsi evinə girərək noutbuk, prosessor və mənitorunu oğurlayıb.

Telefonla Turan-a məlumat verən Rəhimov deyib ki, səhər saat 7-də evə qayıdarkən naməlum adamların şəxsi evinə girdiyini bilib.

Oğurluq zamanı evdə kimsə olmayıb.

"Ailəm Bakıdan kənarda qohumların yanında, kənddə yaşayır. Demək, basqın edənlər evdə heç kəsin olmadığını bilib, deyə redaktor qeyd edib və əlavə edib ki, evdə bütün kranlar qırılıb, su boruları və elektrik xətti kəsilib, evin qapıları və darvaza içərindən bağlanıb.

Redaktorun müraciətindən sonra polis hadisə yerinə gələrək oğurluq və vandalizm faktını qeydə alıb.

"Bu aktın bayağı oğurluq olduğunu düşünmürəm - oğrular plazma televizor və başqa predmetlərə dəyməyib. Məhz korrupsiya faktları, məmuralrın qanunsuz hərəkətləri olan informasiya daşıyıcıları oğurlanıb", deyə Rəhimov qeyd edib.

O, məlumat verib ki, "Feysbuk" profili də sındırılıb və ondan naməlum şəxslər istifadə edir.

Redaktor hesab edir ki, bu hərəkətlərin arxasında onu izləyən və təqib edən hakimiyyət dayanır.

Bu yaxınlarda realliq.info saytı və daha 13 informasiya saytı Mətbuat Şurasının çağırışı ilə Rabitə Nazirliyi tərəfindən bloklanıb. MŞ bu resursları reketçilikdə ittiham edib və qara siyahıya salıb.

Saytlar Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin qanunsuz varlanması, məmur özbaşınalığı və korrupsiya haqda yazırdı.

Azərbaycanın bloklanan saytlarının rəhbərləri bu məsələdə Prezident Administrasiyası ictimai-siyasi şöbəsini, Mətbuat Şurası və KİV-ə dəstək Fondunu müqəssir sayır.

Media ekspertləri Mətbuat Şurası və Rabitə Nazirliynin hərəkətlərini qanunsuz hesab edir Mətbuat Şurasının Rabitə Nazirliynə saytları məhkəmə qərarı olmadan blok etmək çağırışı qanunsuzdur, deyə media eksperti Ələsgər Məmmədli Turan-a bildirib.