backend

Türkiyə prezidenti: Biz Azərbaycanla birlikdə şərq-qərb enerji dəhlizini genişləndirdik

Türkiyə prezidenti: Biz Azərbaycanla birlikdə şərq-qərb enerji dəhlizini genişləndirdik






















“Türkiyə və Azərbaycan tərəfindən TANAP layihəsi də inkişaf etdirilib”.

Biz Azərbaycan başda olmaqla, dost və müttəfiq ölkələrlə birlikdə şərq-qərb enerji dəhlizini böyütdük.

qaynarxett.az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Dünya İqtisadi Forumunda bildirib, Türkiyənin “Akşam” qəzeti yazır.

“Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum boru xətləri layihələri bu dəhlizin uğurla həyata keçirdiyi iki təməl komponentdir. Türkiyə və Azərbaycan tərəfindən Transanadolu boru xətti layihəsi də, yəni TANAP adı ilə inkişaf etdirilib”, - deyə Türkiyə prezidenti qeyd edib.

O, həmçinin deyib ki, Türkiyə təbii qaz və yanacaq ehtiyatlarının 3/4 malik bölgə ölkələri ilə Avropada istehlakçı bazarlar arasında olduqca önəmli mövqeyə malikdir:

“Bu üstün mövqe Türkiyəyə enerji təhlükəsizliyi sahəsində imkanlarla təqdim etməklə yanaşı, öhdəliklər qarşısında da qoyur”.