backend

Dövlət Agentliyinin əməkdaşları qəzaya düşdü: Ölən var – YENİLƏNİB

Dövlət Agentliyinin əməkdaşları qəzaya düşdü: Ölən var – YENİLƏNİB















Ağdaşda avtomobil qəzası zamanı ölən və yaralananların adı məlum olub.

AZTB.info Report-a istinadən məlumatına görə, 90-KO-511 dövlət qeydiyyat nışanlı "Hyundai Tucson” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sərnişinlərdən biri - Bakı şəhəri, Nərimanov rayon sakini, 1978-ci il təvəllüdlü Ruhiyə Əhməd qızı Məmmədova hadisə yerində ölüb.

Avtomobilin sürücüsü, Bakı şəhəri, Nizami rayon sakini, 1987-ci il təvəllüdlü Seymur Firuddin oğlu İbrahimov və digər sərnişinlər - Bakı şəhəri, Yasamal rayon sakini, 1991-ci il təvəllüdlü Nicat Qüvvətəli oğlu Şirinov və Abşeron rayonu, Xırdalan şəhər sakini, 1972-ci il təvəllüdlü Qətibə Zəfər qızı Yaqubova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan ikisinin müalicəsi hazırda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında, Q.Yaqubovanın müalicəsi isə Gəncə şəhər Beynəlxalq Xəstəxanada davam etdirilir.

Qeyd edək ki, qəzaya düşənlər Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin ekspertləridir. Faktla bağlı araşdırma aparılır.

15:17

Ağdaş rayonunda, Biyan zavodu yaxınlığında ağır yol qəzası baş verib.

"Toyota Prado" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində avtomobildə olan 1 qadın ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəstəxanaya yerləşdirilən yaralılardan birinin boynu qırıldığından o, Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılır.

Qeyd olunur ki, qəzaya düşənlər Nazirlər Kabineti yanında İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları olub