Tanınmış vəkil Aslan İsmayılovun insult keçirdiyi barədə məlumatlar yayılıb. "Ölkə.Az" xəbər verir ki, vəkilin dostları Aslan İsmayılovun insult keçirmədiyini, sadəcə əməliyyat olunduğunu yazıblar: "İndicə Aslan İsmayılovla danışdım. Dedi ki, insult keçirməyib, əməliyyat olunub, çox danışdırıb narahat etmək istəmədim deyə, əməliyyatın səbəbini soruşmadım. Hazırda evindədir, normaldır".