backend

Bakıda binada yanğın — 2 nəfər zəhərləndi, 10 nəfər təxliyə edildi

Bakıda binada yanğın — 2 nəfər zəhərləndi, 10 nəfər təxliyə edildi













Bakıda yanğın hadisəsi qeydə alınıb.
"Ölkə.Az"ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində 12 ədəd elektrik sayğacı, 12 ədəd elektrik açarı və 5 p.m kabel yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş 2 nəfər xilas edilib və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yağından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.​