backend

DAHA DƏHŞƏTLİ: Ermənilər BAKIYA nəzarət edəcək - ŞOK FAKTLAR

DAHA DƏHŞƏTLİ: Ermənilər BAKIYA nəzarət edəcək - ŞOK FAKTLAR

“Yandex.Taksi” "Uber"lə birləşir. Qaynarxett.az-ın BBC-yə istinadla verdiyi məlumata görə, Rusiyanın Federal Antiinhisar Xidmətinin online taksi sifarişi xidməti ilə ABŞ-ın qlobal “Uber” xidmətinin bizneslərinin birləşdirilməsinə dair müraciəti təmin edib. Adıçəkilən xidmətin məluma tına görə, hazırda bazarda müxtəlif sahələrdən olan oyunçuların birləşməsi və rollarının artması tendesiyası müaşhidə edilir.İki şirkət birləşmək qərarını bu ilin yay aylarında elan etmişdi.
Birləşmə Rusiya, Belarus, Qazaxıstan, Gürcüstan, Azərbaycan və Ermənistandakı sərnişindaşıma bazarına aiddir. “Uber” 225 milyon dollar, “Yandex.Taksi” 100 milyon dollar sərmayaə qoyacaq. Lakin birləşən şirkətlərin səhmlərinin 59 faizi "Yandex"ə, 36.6 faizi isə "Uber"ə məxsus olacaq.
Müqaviləyə əsasən göstərilən ölkələrdə online taksi sifarişi biznesi ilə məşğul olmaq üçün ortaq şirkət yaradılır və ona rəhbərliyi Tiqran Xudaverdiyan edəcək.
"Yandex.Taksi" xidməti Rusiyada 2011-ci ildən fəaliyyət göstərir. Adıçəkilən xidmətin rəhbəri erməni Tiqran Xudaverdiyandır. O, 1981-ci ildə İrəvanda doğulub.
"Uber" bundan iki il sonra Rusiya bazarına daxil olub.
DAHA DƏHŞƏTLİ: Ermənilər BAKIYA nəzarət edəcək - ŞOK FAKTLAR
Tiqran Xudaaverdiyan
Bundan əvvəl Bakı Nəqliyyat Agentliyi bildirmişdi ki, “Yandex.Taksi” və “Uber” şirkətlərinin Azərbaycanda ortaq biznes aparması əngəllənəcək, sürücülər erməni biznesmenlə ortaq olan “Uber”lə əlaqəni kəsməyə çağırılacaq.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev İstiPress-ə bildirib ki, ölkəmizin milli maraqları, xalqımızın milli mənafeyinin qorunması BNA və onun hər bir əməkdaşının gündəlik fəaliyyətinin əsasını təşkil edir.
"Qeyd edildiyi kimi, adıçəkilən şirkətin Ermənistan vətəndaşı və ya erməni əsilli digər bir ölkə vətəndaşı ilə fərq etməz birbaşa və yaxud dolayı yolla əlaqəsi varsa o zaman Bakı Nəqliyyat Agentliyi həmin şirkətlə əməkdaşlıq edən taksi sürücülərinə fərqlənmə nişanının verilməsini dayandıracaq. Bakı Nəqliyyat Agentliyi həmçinin taksi xidmətilə məşğul olan sürücüləri də bu cür şirkətlərlə əməkdaşlıqdan çəkinməyə çağırır.
Bir daha qeyd edirik ki, ölkəmizin milli maraqları və xalqımızın milli mənafeyi hər şeydən üstündür və toxunulmazdır. Məlumat üçün qeyd edək ki, Uber və digər sifarişli taksi xidməti göstərən şirkətlərin qeydiyyatı Bakı Nəqliyyat Agentliyi tərəfindən deyil, müvafiq dövlət qurumu tərəfindən aparılır. Agentlik yalniz həmin şirkətlərlə əməkdaşlıq edən sürücülərin nəqliyyat vasitələrinə fərqlənmə nişanının verilməsini təmin edir".

Qaynarxett.az