backend

Təcili!!! SƏRHƏDDƏ NƏ BAŞ VERİR: Şimal bölgəsində ərazi işğalı?

Təcili!!!  SƏRHƏDDƏ NƏ BAŞ VERİR: Şimal bölgəsində ərazi işğalı?

Qusarda sakinlər etiraz edir

Qusarın Aşağı Ləyər kənd sakinlərinin bir qrupu İstiPress-in şimal bürosuna müraciət edərək kənddən 1,5 km məsafədə yerləşən örüş sahəsinin zəbt olunduğunu bildiriblər.

Sakinlərin sözlərinə görə, təxminən 10 hektardan çox olan bu sahə həmişə azad camaatının mal-qarası üçün örüş yeri olub. İndi həmin yer camaatın əlindən alınıb sahibkarlara verilib.

Sakinlər bildirir ki, örüş sahəsindəki ağaclar da kökündən çıxarılıb məhv edilib, mal-qara üçün örüş yeri qalmayıb. Sakinlər maldarlığın inkişafı üçün bu sahənin camaatda məqsədəuyğun hesab edərək məsələnin rəsmi qurumlar tərəfindən obyektiv həll edilməsini vacib sayırlar.

Aşağı Ləyər kənd sakinlərinin örüş sahəsilə bağlı şikayəti barədə Qusar rayon İcra Hakimiyyətindən İstiPress-ə bildirilib ki, sakinlərin şikayəti tamamilə əsassızdır. Heç bir örüş yerinin zəbt olunmasından söhbət gedə bilməz.

10 hektar olan həmin torpaq sahəsi rayon ərazisində Dövlət Torpaq Fonduna daxildir. Rayonda arıçılığın inkişafı ilə bağlı xüsusi proqram hazırlanır. Həmin sahə Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin rəyi əsasında, rayon İH rəhbərliyinin sərəncamı ilə sahibkarkarlardan birinə rəsmi olaraq icarəyə verilib. Sahibkar həmin ərazidə arıçılığın inkişafına müsbət təkan vermək üçün arının istifadə edə biləcəyi xüsusi bitkilər əkəcək: “Burada xüsusi restoran və ya şadlıq sarayı tikilmir ki? Arıçılığın inkişafı məqsədilə həyata keçirilən bir tədbirdir. Qaldı ki, Aşağı Ləyər kənd sakinlərinin örüş yeri olmaması ilə bağlı dediklərinə, kəndin ərazisində 87 hektar örüş sahəsi var. Mal-qara üçün həmin sahə kifayət edir”.

İcra Hakimiyyətindən o da bildirildi ki, sakinlərə bu barədə izahat verilib, kənddə bu barədə bir daha təbliğat işləri aparılacaq.