backend

Azərbaycan çempionatında kütləvi saxtakarlıq

Azərbaycan çempionatında kütləvi saxtakarlıq













Aşağı yaş qrupları üzrə Azərbaycan çempionatında kütləvi saxtakarlıq halları aşkarlanıb.
"Ölkə.Az" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin qərarlarında bildirilib.
Sadalanan faktlara əsasən, U-17 Liqasının “Kəpəz” – “Mil-Muğan” matçında qonaq komandanın heyətində lisenziyası olmayan futbolçu iştirak edib. Bundan başqa, U-16 qızlar Liqasında UGİM (Naftalan) – “Əhmədli Yunayted”, U-13 qızlar Liqasında “Qusar” – “Təhsil” FM oyununda qonaqlar, “Mil-Muğan” (İmişli) – “Tomris” (Gəncə), “Qubek” (Balakən) – “Dinamo” (Baləkən), UGİM (Şəki) – UGİM (Qax) matçlarında meydan sahibləri, “Gənclik” (Şəki) – “Qabaqçöl” (Balakən) qarşılaşmasında isə hər iki komanda yaş limitini pozub.

İntizam Komitəsi saxtakarlığa yol verən bütün klublara 0:3 hesablı texniki məğlubiyyət verib.