backend

Bakıda beş nəfər qara maskalı naməlum şəxs ev qarət ediblər

Bakıda beş nəfər qara maskalı naməlum şəxs ev qarət ediblər






















Ev sahibləri nədənsə qapını kilidləməyiblər.

Sentyabr ayının 30-da səhər saat beş radələrində Xəzər rayonunun Türkan qəsəbəsində qrup şəklində qarət hadisəsi baş verib. Beş nəfər qara maskalı naməlum şəxs, Quliyev Rəşad Rəşid oğlunun evinə daxil olublar.

qaynarxett.az xəbər verir ki, bu barədə Vesti.Az-a Xəzər rayon polis İdarəsində bildiriblər.

Qeyd etmək lazımdır ki, cinayətkarlar evə açıq qapıdan daxil olublar. Quliyevlər ailəsinin bütün üzvləri: valideynlər və iki uşaq bu saatda yatblar. Məlumdur ki, qarətçilər qurbanlarının əllərini kəndirlə bağlayıblar. Beş nəfərin hər biri bıçaqla silahlanıb. Cinayətkarlar Quliyevləri bıçaqla hədələyərək evdə olan 2 000 manata, 200 dollara, eləcə də 5000 manat dəyərində olan zinət əşyalarına sahib çıxıblar. Bundan başqa cinayətkarlar Quliyevin ov tüfəngini də götürüblər.

Bundan dərhal sonra cinayətkarlar, qurbanlarını əlibağlı qoyub, hadisə yerini tərk ediblər. Səhər isə Xəzər rayon Pİ-nə soyğun barədə məlumat daxil olub.

Hal-hazırda əməliyyat-axtarış qrupu cinayətkarların şəxsiyyətlərinin aşkar edilməsi və saxlanılması istiqamətində iş aparır.