backend

SON DƏQİQƏ!!! Azərbaycanda MƏŞHUR İDMANCILAR futboldan ÖMÜRLÜK uzaqlaşdırıldı - AFFA-dan ŞOK qərar

SON DƏQİQƏ!!! Azərbaycanda MƏŞHUR İDMANCILAR  futboldan ÖMÜRLÜK uzaqlaşdırıldı - AFFA-dan ŞOK qərar

AFFA danışılmış oyunlarda şübhəli bilinərək saxlanılan, daha sonra isə sərbəst buraxılan “Keşlə”nin futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidovla bağlı bu gün qərar verib.

Qol.az-ın məlumatına görə, klubla müqavilələri ləğv olunan oyunçularla bağlı AFFA İntizam Komitəsinin xüsusi iclası keçirilib.

AFFA-nın rəsmi saytı bildirir ki, İntizam Komitəsinin qərarında deyilir:

“İclasda Keşlə” Peşəkar Futbol Klubunun AFFA-ya rəsmi müraciətinə, hüquq-mühafizə orqanları tərəfindən təqdim edilmiş məktuba və UEFA-dan daxil olmuş məlumatlara əsasən, iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə “Keşlə” Peşəkar Futbol Klubunun futbolçuları – Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin. Oyunların idman nəticəsinin manipulyasında iştirakı ilə bağlı şübhələrin mövcud olduğu digər futbolçular barədə araşdırma davam etdiriləcək.

Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına qərarla bağlı apellyasiya şikayəti verə bilərlər”.

Qaynarxett.az