backend

Alqulu İbrahimov (YAP üzvü): "MƏNİ VƏ AİLƏMİ BU QULDURLARDAN XİLAS EDİN!"

Alqulu İbrahimov (YAP üzvü): "MƏNİ VƏ AİLƏMİ BU QULDURLARDAN XİLAS EDİN!"
Ölkədə məmur və oliqarxların özbaşınalığı davam etməkdədir. Bu məsələ dəfələrlə ən yüksək postlarda oturan şəxslər tərəfindən etiraf edilib. Amma yenə da bu özbaşınalıq davam edir. Məmurların övladları, yaxınları, oliqarx, iş adamı adlandırılan insanlar ölkədə ağlagəlməz özbaşınalıq edirlər. Dəfələrlə deyilməsinə baxmayaraq, bu kimi proseslərin qarşısını almaq mümkün olmur. Sosial şəbəkədə Laçın rayon Kalafalıq kənd sakini Alqulu İbrahimov tərəfindən Daxili İşlər Naziri Ramil Usubov cənablarına müraciət olunub.
Qaynarxett.az olaraq həmin statusu sizə təqdim edirik:

"Daxili İşlər Naziri Ramil Usubov cənablarına


Laçın rayon Kalafalıq kənd sakini Alqulu İbrahimov tərəfindən müraciət
.
Yazıb sizə məlum edirəm ki, Laçın rayon Vağazin obasında bir qrup quldur dəstəsi yaşayır: Məmmədov Elbrus, Məmmədov Fikrət, Məmmədov Nazim, Məmmədov İsrail( siravi polis işçisidir), Məmmədov Tural, Məmmədov Bəxtiyar. Məmmədov Tural o Turaldı ki bu günə kimi 10 ev yarıb, ancaq bu işə Laçın polisləri hələ də göz yumur. Bunun əmisi və əmisi oğlu Məmmədov Nazim və Məmmədov İsrail polis işləyir Məmmədovlar ailəsi 23yanvar 2017 ci il tarixdə prezdentin qərarına qarşı çıxmışlar. Belə ki, Məmmədovlar ailəsi Ümummili Liderimiz, daim qəlbimizdə yaşayan Heydər Əliyev parkını mal- qara örüşünə cevirərək heyvanlara otarmışdır. Hətda Məmmədov Eldəniz bir polisi belə döyərək şil-küt eləmişdir. O, başqa adamın adı ilə buxaltırlıq işləyir. Məmmədov Eldəniz mənim azyaşlı uşaqlarımın yolla gedərkən qabağını kəsdirib nalayiq söyüşlərlə təhqir etmişdir. Mən şikayət etsəmdə hələ də Laçın rayon polis şöbəsi bu işə baxmır. Bunların özlərinin deməyinə görə güvəndikləri adam var .Onlar deyir ki, biz heç kəsdən qorxmuruq. Mən özüm Yeni Azərbaycan Partiyasının üzvüyəm. Lakin bu quldurların əlindən kənddə yaşaya bilmirəm. Sizdən xahiş edirəm ki, mənim və ailəmin bu harınlamış adamlardan xilas olması ücün köməklik göstərəsiniz.

Hörmətləə, A.İbrahimov."

Qaynarxett.az