backend

Ərlərindən boşanan azərbaycanlı xanım müğənnilər - SİYAHI

Ərlərindən boşanan azərbaycanlı xanım müğənnilər - SİYAHI













Şou-biznes əhlinin ailə həyatı qurması və boşanması cəmiyyətimizdə böyük maraqla qarşılanan hadisələrdəndir.

AZXEBER.COM şou aləmində boşanan müğənnilərimizlə bağlı kiçik araşdırma aparıb.

Şou-biznes adamları ilə ailə həyatı yaşamaq siravi insanlar üçün çox çətindir. Belə ki, şou adamlarının iş rejimi onların normal ailəyə sahib olmamasına gətirib, çıxarır. Təsadüfi deyil ki, təkcə indi yox, ötən əsrdə də müğənnilərimizin ailə bağları çox möhkəm olmayıb. Bu təkcə Azərbaycanda yox, dünyanın bütün ölkələrində belədir.

İndi isə boşanan xanım müğənnilərimizin siyahısını təqdim edirik:

Xalq artisti Aygün Kazımova İlqar adlı bəylə 1 dəfə ailəli olub. Onlar uzun illər öncə ayrılıblar. Bu evlilikdən Kazımovanın bir qızı var. Sənətçi ilk evliliyindən sonra rəsmən ailə qurmasa da, bir müddət meyxanaçı Namiq Qaraçuxurlu ilə sevgili olması heç kəsə sirr deyil. Bundan başqa Kazımovanın keçmiş Energetika Naziri Natiq Əliyevin oğlu ilə də sevgi macerası yaşanıb. Xalq artisti özü bunu efirdə dilə gətirib.

Nazpəri Dostəliyeva 1 dəfə ailə qursa da, ailəsi dağılıb. 2 oğlu var.

Flora Kərimova üç dəfə ailə qurub. Üçüncü evlilikdən Zümrüd adlı bir qızı var.

Məleykə Əsədova bir dəfə ailə qurub boşanıb. Bir qızı var. Boşandıqdan sonra aktrisa-müğənni mediaya açıqlama da vermişdi: "Ailə qurduğum şəxs bizneslə məşğul idi. Anamın xətrinə ərə getməklə artıq bir səhv etmişəm. O vaxtlar anamın səhhətində ciddi problemlər vardı və onu kədərləndirməmək üçün bu addımı atmışdım".

Elza Seyidcahan bir dəfə ailəli olub. Bu nikahdan bir qızı, bir oğlu var.
Azərbaycanın "Eurovison-2011 "-in qalibi Nigar Camal kiprli Haluk Camalla ailə qurub. İki qız övladı var: Jasmin və Səidə. Müğənni bir müddət öncə həyat yoldaşından rəsmən ayrılıb.

Nura Suri şou-biznesdə ən çox ərə gedən məşhurlardandır. 3 dəfə ailə qurub. 3 oğlu var. Nura səmimi şəkildə evliliyini etiraf edən məşhurlardandır.

Mətanət İsgəndərli övladları körpə olarkən qalmaqallı şəkildə boşanıb. Hətta həyat yoldaşı ANS-in "Günə baxan" verilişinə çıxaraq, M.İsgəndərlini ittiham etmişdi.

Firuzə İbadova ailə qursa da, ailəsi dağılıb. Eyni hal qızı Hülyanın başına da gəlib.

Əməkdar artist Lalə Məmmədova da boşanıb.

Bahar Lətifqızı bir dəfə ailəli olub. Həyat yoldaşından ayrılan müğənninin bir qızı var.

Almaz Ələsgərlinin ailəsi uzun sürməyib, tezliklə dağılıb. Qızları da anasının yaşadığını yaşayıb. Onların da ilk evlilikləri uğursuz olub.

Elşad Xose (Elşad Əliyev) 2012-ci il martın 27-də rəqqasə Oksana Rəsulova ilə rəsmi nikaha girsə də, evlilikləri bir neçə ay çəkib. Boşanıblar. Hazırda ikisi də subaydır.

ANS-in keçmiş aparıcısı Ülvira Qarayeva 2 dəfə rəsmi nikaha girib. İlk evliliyindən 1 qızı var. İkinci evliliyi isə aparıcılıq etdiyi "Toy olsun" verilişinin iştirakçısı, meyxanaçı Tərlan Mustafayevlə olub. Onunla da boşanıb.

Mətanət Əsədova 1 dəfə ailə qursa da, boşanmalı olub.

Səidə Dadaşova sosial şəbəkə vasitəsi ilə tanış olduğu Türkiyə vətəndaşı Səlçuk Gökgözlə ailə qurub, qalmaqallı şəkildə də boşanıb. Hər iki tərəf xəyanətin boşanmaya səbəb olduğunu deyir.

Tünzalə Ağayeva rejissor Rəhmanla ailə həyatı qurub, boşanıb. Həmin evlilikdən bir qızı var.

Təranə Qumral və Musa Musayev: Hər iki məşhurun ilk evliliyi uğursuz olub. T.Qumralın ilk evliliyindən 2 qızı var. Musayev isə ilk dəfə xalası qızı ilə evli olub. Onu boşayıb Təranəni alıb. İkinci evliliyindən Sevgi adında qızı var. Bir neçə il sonra isə Təranə, Musadan boşanmaq qərarına gəlib. Cütlük rəsmən boşansa da, hazırda eyni evdə yaşayır.

Xatun 1 dəfə ailə qurub, boşanıb. İlk evliliyindən 1 oğlu var.

Aynur Dadaşova 1 dəfə ailə qurub boşanıb. İlk evliliyindən 1 övladı var. İkinci dəfə ailə həyatı qurmasa da, birgə yaşadığı şəxs var.

Rəqsanə İsmayılova isə Goranboy rayonuna gəlin köçüb. Aysun adlı qızı dünyaya gəlib, sonradan boşanıb.

Lətifə Soyuöz də boşanan müğənnilərdəndir. O boşandıqdan sonra yenidən şou aləminə qayıdıb.

"Eurovision" təmsilçimiz Dilarə Kazımova da yoldaşından ayrılıb.

Müğənni Şəbnəm Tovuzlu da boşanan məşhurlardandır. Onun ilk evliliyindən 1 övladı var.

Əməkdar artist Sevda Ələkbərzadə Cənubi Azərbaycandan olan həyat yoldaşı Kamiyardan ayrılıb. Onlar 2015-ci ilin mayında ailə qurmuşdu. Müğənni bildirib ki, keçmiş əri xaricdə yaşayır, özünün isə işləri Azərbaycandadır. Buna görə də onlar ayrı ölkələrdə yaşamaq məcburiyyətindədir.

Və son olaraq... Bu gün müğənni Natavan Həbibinin də Dadodan ayrıldığı xəbəri yayılıb.