backend

Bələdiyyə sədri rəis müavininə stadion satıb

Bələdiyyə sədri rəis müavininə stadion satıb


























Şabran rayonu Pirəbədil bələdiyyəsinin sədri Cəmaləddin Nuriyev stadion satmaqda ittiham olunur

qaynarxett.az bildirir ki, Axar.az-a bu haqda məlumat verən Pirəbədil kənd sakinlərinin sözlərinə görə, idman meydançası paytaxtın Nizami rayonunda polis rəisinin müavini olmuş Altay Babayevə satılıb.

Bu da sakinlərin narazılığına səbəb olub. Onlar kənd əhlinə məxsus olan stadionun qanunsuz olaraq satılması və hasarlanmasından şikayətlənirlər.

Sakinlər qeyd edirlər ki, kənddə uşaqların əylənməsi, idmanla məşğul olması üçün nəzərdə tutulan stadionun sabiq rəis müavininə satılması bələdiyyə sədrinin özbaşına qərarıdır. Şikayətçilər dəfələrlə bələdiyyə sədrinə bu barədə müraciət ediblər.

Lakin C.Nuriyev onların şikayətinə məhəl qoymayıb. Ancaq son müraciətdə sakinlərə bildirib ki, stadionu geri qaytarmaq imkanına malik deyil. Çünki A.Babayev Şabranın sabiq icra başçısı Sündüz Babayevanın qardaşıdır.