backend

Təcili!!! PREZİDENTƏ ŞİKAYƏT ETDİ, DƏLİXANALIQ OLDU... - ŞOK OLAY!!!

Təcili!!! PREZİDENTƏ ŞİKAYƏT ETDİ, DƏLİXANALIQ OLDU... - ŞOK OLAY!!!

“Onu guya kimisə vurmaqla şərləyərək, Bakı şəhərindəki psixoloji dispanserə göndərib, orada həbs ediblər”
Cəlilabad rayon Üçtəpə kənd sakini Yariyev Ramiz Qədir oğlu prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etdiyi üçün “dəlixanaya” salınıb. Bu sensasion məlumatı Muxalifet.az xəbər portalına Ramiz Yarıyevin oğlu Pərviz Yarıyev verib.
Saytımız vasitəsilə İ.Əliyev və M.Əliyevaya müraciət edən şikayətçi yazır:
“Sizdən xahiş edirik ki, bizə təcili kömək edəsiniz.
Cəlilabad rayon Üçtəpə kənd sakini - atam Yariyev Ramiz Qədir oğlu Cəlilabad polisinin neqativ əməllərindən Sizə şikayət etdiyi üçün, onu guya kimisə vurmaqla şərləyərək, Bakı şəhərindəki psixoloji dispanserə göndərib, orada həbs ediblər. Hal-hazırda ona müxtəlif iynələr vuraraq iflic ediblər.
Sizdən ölkəmizin rəhbəri və vətəndaşlarımızın qarantı kimi atama kömək etmənizi və ailəmizə, mənə edilən basqılara görə günahkarların cəzalandırılmasına göstəriş vermənizi xahiş edirik. Atam Yeni Azərbaycan Partiyasının üzvüdür. Əgər bu haqsızlıq davam edəcəksə, heç olmasa, xahiş edirik, ölkəni ailəmizlə birlikdə sağ-salamat tərk etməyimiz üçün bizə kömək edəsiniz . Hal hazırda ölümlə hədələnirik”.


qaynarxett.az