backend

“Rusiya böyük qızdır. Başa düşməlidir ki, kişilər gəldi-gedərdir" - RUSLAR ŞOKDA!!!

“Rusiya böyük qızdır. Başa düşməlidir ki, kişilər gəldi-gedərdir" - RUSLAR ŞOKDA!!!

“Rusiya böyük qızdır. Başa düşməlidir ki, kişilər gəldi-gedərdir"

Yəqin ki, hər kəs məşhur Krılovun "Fil və Moska" təmsilini eşidib. Təmsildən belə nəticə çıxarmaq olar ki, küçük fildən daha güclü olduğunu hesab edir. Çünki ona hürə bilir. Eyni şeyi Ermənistan Rusiya münasibətləri haqqında da demək olar.

Ermənistanda antirusiya əhval-ruhiyyəsi demək olar ki, hər zaman olub. İrəvanda kifayət qədər siyasətçi, ekspert, jurnalist olub ki, onların da şiamal qonşuları ilə olan münasibətə müxtəlif cür yanaşamları mövcuddur. Məsələ ondadır ki, Rusiya erməni xarici siyasətinə lazımı qədər diqqət ayırmır, İrəvanın rolunu düzgün qiymətləndirmir.

Düzdür, bir zamanlar məhz Rusiya Ermənistana Dağlıq Qarabağ, ətraf rayonlarda işğal həyata keçirməyə kömək edib. Biz heç zaman Rusiyanın 366-cı motoatcıcı alayını, Ermənistan tərəfdən vuruşan yüzlərlə muzdlu rus zabit və əsgərini unutmayacağıq.

Moskva hələ Emtənistan iqtisadiyyatına nə qədər vəsait qoyub. Ən ucuz qaz İrəvana, silahlar, buyurun... Pulsuz da olar, kreditlədə. AES-in təmiri lazimdır? Yenə pul. Ermənistan çətin ki, bu pullaır nə vaxtsa qaytarar.

Bu qədər dəstəkdən sonra Ermənistanın Aİ ilə çərcivə sazişi imzalaması bəzi rusiylı ekspert və telekanallar tərəfindən ciddi tənqidlə qarşılandı. Deyilənlər isə Ermənistanın siyasi elitasını ayağa qaldırıb. Onlar Kremli bütün günahlarda ittiham etməyə başlayıblar. Tənqid etmək sözsüz ki, lazımdır. Amma təhqir yolverilməzdir. Ermənilər isə məhz ikinci yolu tutublar.

Bu günlərdə hansısa erməni ictimai xadimi Qaragen Xumaryan sosial şəbəkədə bir materialını yerləşdirib. Burada nəinki Moskva, eləcə də bütün rus xalqı təhqir edilir. “Rusiya böyük qızdır. Başa düşməlidir ki, kişilər gəldi-gedərdir". Ehyam aydındır - Ermənistan kişidir. O bir qızdan istifadə edib, indi isə başqasının yanına gedir.

Sonra bu “yazıçı” mifik böyük Ermənistanı xatırlayır. “Biz rus deyilik, ola da bilmərik. Çünki hələ rus sözü olmayanda, Ermənistanda muzeylər var idi”.

O, hətta daha dairəli gedərək İrəvandakı Rusiya səfirliyini də bağlamağı məsləhət görür. çünki Rusiya Ermənistana ziyandan başqa heç nə gətirmir.

Bu erməni “hazırcavablığı”nı mütləq şəkildə Rusiyada da oxuyan olacaq. “Exo Moskvı” nəşri bu “məqaləni” bütöv şəkildə nəşr edib. İndi erməni” dostları” barədə sadə rusların nə deyəcəyi də az-çox bəllidir. Amma ən maraqlısı odur ki, bu yazıya siyasətçilər, jurnalistlər, ekspertlər, elə hakimiyyətin özü necə cavab verəcək?

Ehtimal ki, Rusiyanı "qadına" bənzədən yazı erməni-rus münasibətlərinə böyük zərbə olacaq.