backend

Təcili!!! İLHAM ƏLİYEVDƏN COXDAN GÖZLƏNİLƏN ŞAD XƏBƏR: Millət gözün aydın!!!

Təcili!!! İLHAM ƏLİYEVDƏN COXDAN GÖZLƏNİLƏN ŞAD XƏBƏR: Millət gözün aydın!!!

Ölkəmizdə bir qayda olaraq dekabr ayının sonlarında əfv sərəncamı verilir. İnsanlar buna köklənib və gözləyirlər. Biz də əfv sərəncamının olacağını gözləyirik

Palitika.az xəbər verir ki, bunu hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə deyib.

Millət vəkili ilin sonunda əfvin olacağına ümid etdiyini deyib. Ümid edirəm ki, bu dəfə də cənab prezident çoxsaylı ailələri, insanları sevindirəcək. Biz bunu gözləyirik”.

Hələ ötən ay əfv fərmanı olacağını xəbər vermişdik. Deputatın müjdəsi də yerinə düşdü və dolayısı ilə əfv olacağını təsdiqlədi.

Artıq kimin əfv olunub-olunmaması Azərbaycan Prezidentinin müstəsna konstitusion səlahiyyətlərinə aiddir.

Əfv Komissiyasının işi rəyin hazırlanması ilə əlaqədardır, bir sözlə, köməkçi funksiyadır.

Əfv Komissiyası hər bir müraciəti diqqətlə araşdırır və müvafiq rəy hazırlamaqla bağlı qərarlar qəbul edir.

Yeni ili ailəsi ilə yüzlərlə dustağın keçirəcəyi gözlənilir. Həmçinin, ömürlük məhbusların azadlığa qovuşması üçün bir perspektiv yaranıb.

Əfv siyahısında tanınmış jurnalistlər, siyasətçilər, fəallar və dindarlar da ola bilər. Onların səhih siyahısı hüquq müdafiəçilərində var.

Əlbəttə ki, Əfv Məsələləri Komissiyasının üzvləri konkret olaraq söyləyə bilməz ki, əfv sərəncamı nə zaman veriləcək.

Amma praktikaya nəzər salsaq görərik ki, hər zaman cənab prezident tərəfindən müxtəlif tarixi hadisələr günü, bayram ərəfəsində bir qayda olaraq əfv sərəncamları imzalanır.

Palitika.az xəbər verir ki, Seymur Həzi, Məmməd İbrahim, Asif Yusifli, İlkin Rüstəmzadə, İlqar Məmmədov və Mehman Hüseynov əfvlə azadlığa çıxa bilər. Azərbaycanda son illər cəzaların humanistləşdirilməsi istiqamətində mühüm addımlar atılıb.

Ümid edilir ki, bu proses davam edəcək. Çünki prezident cəza siyasətinin humanistləşdirilməsini hüquq islahatlarının prioritet istiqaməti kimi müəyyən edib.

Sonuncu dəfə bu ilin mart ayında Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Dövlət başçısının sərəncamı ilə 423 məhkum əfv edilib.

Azərbaycan hökumətinin Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) İlqar Məmmədovla bağlı qərarına rəsmi cavabından da hiss olunur ki, onu azad edəcəklər. REAL-çı Erkin Qədirli “Facebook” səhifəsində yazıb ki, hökumətin cavabı var.

Hökumət bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarında İlqar Məmmədovun dərhal buraxılması barədə tələb olmadığından hökumətin məhkəmə qərarının icra yollarını seçmək ixtiyarı var.

Əlavə olunub ki, hökumət məhkəmənin İ. Məmmədovla bağlı qərarına uyğun olan lazımi tədbirləri görəcək.

Prezident İlham Əliyev “Cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb.

İlk baxışdan daha çox ölkədə hüquqla problemləri olmuş vətəndaşları maraqlandıra biləcək sərəncam əslində hər bir Azərbaycan vətəndaşı üçün çox mühümdür.

Çünki heç kim, necə deyərlər, hansısa xırda səhvi ucbatından həbsə düşməyəcəyindən sığortalanmayıb.

Heç kimə sirr deyil ki, indi xeyli sayda vətəndaş adi bir səhvi, məsələn, qonşusunun çəpərindən keçib oğurluq etdiyi və ya cavanlıq edərək birinə xəsarət yetirdiyi üçün həbsxana həyatı yaşamalı olur. Bu sərəncamın ardınca Əfv Komissiyasının toplaşması ciddi mətləblərdən xəbər verir.
qaynarxett.az