backend

Azərbaycanlı qadını küçədə qanına qəltan etdilər

Azərbaycanlı qadını küçədə qanına qəltan etdilər






















Rafiq Kərimov isə hadisə yerindən qaçıb.

Bakının Bilgəh qəsəbəsində ailədaxili münaqişə bıçaqlanma ilə nəticələnib.

qaynarxett.az xəbər verir ki, APA-nın məlumatına görə, qəsəbənin Azərbaycan qadını küçəsində yaşayan 50 yaşlı Xanım Kərimova həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı qadın təcili tibbi yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralı qadın əməliyyat olunub və vəziyyəti ağırdır.

Həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən Rafiq Kərimov isə hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat axtarış-tədbirləri həyata keçirilir. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanılıb.