backend

Təcili!!! QUBA SON DEYİL: 15 dekabrdan sonra hansı RAYONLARIN BAŞCISI gedir? - Özəl siyahı

Təcili!!! QUBA SON DEYİL: 15 dekabrdan sonra hansı RAYONLARIN BAŞCISI gedir? - Özəl siyahı

Prezident müşavirələrin birində dekabrın 15-nə kimi icra hakimlərinin arayışlarının ona verilməsini tələb etmişdi

Ölkə başçısı qeyd etmişdi ki, onların işinə qiymət veriləcək.

Artıq onlardan biri - Qubanın icra başçısı Yaşar Məmmədov vəzifəsindən çıxarılıb. Bu dəyişiklik son deyil.

Palitika.Az-ın məlumatına görə, dekabrın 15-dən sonra daha bir neçə icra başçısı vəzifəsindən azad oluna bilər.

Əldə etdiyimiz xəbərdə deyilir ki, Y.Məmmədovun sıralarına Beyləqanın icra başçısı Vaqif Abdullayev, Astaranın icra başçısı Qəzənfər Ağayev, Şamaxının icra başçısı Asif Ağayev qoşula bilər.

Həmçinin, Bərdənin icra başçısı Vidadi İsayev, Biləsuvarın icra hakimi Mahir Quliyev, Lənkəranın rəhbəri Taleh Qaraşov, Nəsiminin icra başçısı Asif Əsgərov işindən çıxarıa bilər.

Məlumatda deyilir ki, bəzi icra başçılarının işinə baxılır. Prezident Administrasiyasında kuratorların monitorinqlərinin nəticələri təhlil edilir.

Prezident çıxışında demişdi ki, özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar:

“Xüsusilə bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var”.

Dövlət başçısı konkret olaraq icra başçılarına vaxt da vermişdi. “İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək.

Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”, deyə, prezident xəbərdarlıq etmişdi.

Əksər icra başçıları isə ənənəvi “kabinet siyasətindən” əl çəkməyiblər. İddialara görə, ötən müddət ərzində də bu sahədə xüsusi irəliləyiş nəzərə çarpmayıb.

Bildirilirdi ki, rayona sərmayə cəlb etmək, yeni iş yerləri açmaq, yerli əhalinin problemlərinə daha həssas və çevik münasibət göstərmək əvəzinə, bəzi rayonlarda yenə ciddi irəliləyiş yoxdur .

Palitika.Az-ın məlumatına görə, 2018-ci ilin sonuna qədər xeyli rayon icra hakimiyyəti başçısı vəzifəsindən gedəcək.

Məqsəd modern, texnologiyalardan xəbəri olan, gənc kadrları icra strukturlarına cəlb etməkdir.

Bəzi xəbərlərə görə, Sabirabadın icra başçısı Nazim İsmayılov, Daşkəsənin icra başçısı Əhəd Abıyev, Saatlının icra hakimi Siraqəddin Cabbarov da işindən çıxarıla bilər.

Seçkilərdən sonra Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayev, habelə Binəqədi icra başçısı Xaləddin İsgəndərov, Şəmkir və Gədəbəyin icra başçıları işindən çıxarılacaq.

Dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəsiz xərclənməsi, mənimsənilməsi faktları da var ki, bu məlumatlar PA-da toplanaraq təftiş edilir.

Məlumatlarda o da deyilir ki, Hesablama Palatası da büdcə vəsaitlərinin aidiyyəti üzrə xərclənməsi üçün apardığı yoxlamalarda 14 rayonun icra hakimiyyətində külli miqdarda yeyinti faktları aşkar edib ki, bunlar da ilin son ayında icra başçıları üçün həlledici olacaq.

İddia olunur ki, həm prezidentin qətiyyətli tapşırığı, həm yaxınlaşmaqda olan seçki ili bu dəfə kimsəyə bağışlanılmaq şansı verməyəcək.

O cümlədən oliqarxlar da özlərinə yaxın icra başçılarına “qoruna bilməyəcəyəkləri” barədə xəbərdarlıq edib. İcra başçıları üçün kritik ay başlayıb. Dekabrın 15-nə isə sayılı günlər qalır.

Mətbuatın gündəliyinə nəzər salanda Neftçala icra başçısı İsmayıl Vəliyev, Şamaxı icra hakimi Asif Ağayev, Göyçayın rəhbəri Mehdi Səlimzadə, Mingəçevir icra başçısı Niyazi Bayramovdan şikayətlərə çox rast gəlinir.

Əslində, 26 sentyabr referendumu ərəfəsində də PA rəsmiləri icra başçıları ilə bağlı açıqlamalar verirdilər, mərhələli şəkildə dəyişikliklər olunacağı deyilirdi.

Habelə əhalini qıcıqlandıran, "qırmızı xətti” keçən məmurların bağışlanmayacağına eyhamlar vurulurdu.


Qaynarxett.az