backend

Azərbaycanda görünməmiş qətl hadisəsi: 7 nəfəri öldürdülər – YENİLƏNİB + TƏFƏRRÜATLAR

Azərbaycanda görünməmiş qətl hadisəsi: 7 nəfəri öldürdülər – YENİLƏNİB + TƏFƏRRÜATLAR


























Öldürülənlərdən İsa adlı uşağın cəmi 3 yaşı var.

Goranboyda baş verən kütləvi qətlin təfərrüatları məlum olub.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Goranboyun Səfikürd kəndində qeydə alınıb. Qətliamı törədən şəxs ailənin yeznəsi olub.

Ailə bir ay imiş ki, həmin şəxslə qohum olub.

Kənd sakinlərinin ANS PRESS-ə verdikləri məlumata görə, qətli törədən Rafiq Hüseynov adlı şəxs olub.

Öldürülənlərdən birinin əmisi oğlu Adil adlı şəxsin ANS PRESS-ə verdiyi məlumata görə, qətliamı törədən Rafiq Hüseynov həyat yoldaşını döyüb.

Atası evinə gedən arvadına zəng vuran Rafiq onun geri gəlib-gəlməyəcəyi ilə maraqlanıb. Yaxınları qızlarını buraxmayacaqlarını bildirdikdə Rafiq qayınatasıgilə gələrək evə qumbara atıb.

Artıq ölənlərin adları da məlumdur.
Qətlə yetirilən gəlinin əmisi oğlu Adil Məmmədovun sözlərinə görə, ölənlərdən 4-ü bir, digər 3 nəfər isə digər ailənin üzvləri olublar.

Qətlə yetirilənlər arasında bir azyaşlı uşaq da var.

Ölənlər bunlardır:

Diləzbər (ana)
Fərqanə (baldız)
Südabə (gəlin)
Namiq (qardaş)
Ofilə
Həvayət
İsa (3 yaş)

10:04

Goranboy rayonunda kütləvi qətl törədilib.

qaynarxett.az xəbər verir ki, Goranboy rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, silahla evə hücum edən şəxs evdə 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb.

Hadisə bu gün səhər saat 4:00 radələrində baş verib. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal edilir.

Goranboy Rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədirlər. Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.