Azərbaycanda lombarda silahlı hücum: xəsarət alan var
769
Salyanda quldurluq hadisəsi baş verib. Salyan şəhəri, Ə.Zeynalov küçəsində yerləşən E.Şahsuvarova məxsus lombarda naməlum şəxs basqın edib. Həmin şəxs soyuq silahla lombardın işçisinə xəsarət yetirib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs, Salyan şəhər sakini 1987-ci il təvəllüdlü Abbasov Tural Cəbrayıl oğlu tutulub. Faktla bağlı cinayət işi açılıb.