backend

Ekspert: İşədüzəlmə sahəsində sosial şəbəkələrin rolu artır

Ekspert: İşədüzəlmə sahəsində sosial şəbəkələrin rolu artır






















“Düzdür, internet lider mövqeyini qoruyur”.

Müşahidələr göstərir ki, iş axtarışının 97%-i əsasən internet vasitəsilə aparılır. Bununla yanaşı əksər iş axtaranlar məlumatlarını yerləşdirmək üçün internetdən istifadə edirlər.

qaynarxett.az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib. Onun sözlərinə görə iş axtarmaq istiqamətində sosial şəbəkələrin rolu kəskin şəkildə artıb.

“Düzdür, internet lider mövqeyini qoruyur. Amma sosial şəbəkələr iş axtarmaq üçün elan yerləşdirmək məqsədilə daha tez-tez istifadə edilir. Bu istiqamətdə konkret məlumat yoxdur. Amma bizim müşahidələr göstərir ki, iş tapan peşəkarların 40%-i bu məqsədlə məhz sosial şəbəkələrdən istifadə ediblər. Baxmayaraq ki, 2012-ci ildə bu göstərici 10% idi. Dinamika sosial şəbəkələrin işaxtarma prosesində rolunun yüksəlməsini göstərir”, - V.Bayramov əmindir.