backend

"Acqarına yox, xaşla içmişəm" videosu saxta imiş — RƏSMİ

"Acqarına yox, xaşla içmişəm" videosu saxta imiş — RƏSMİ














İki gündür sosial şəbəkələrdə və elektron mediada yayılan videoda baş verənlər həqiqət deyilmiş.
Bu barədə "Ölkə.Az"-a Bərdə rayon dövlət yol polisi şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru Şükran Cəfərov məlumat verib. Onun sözlərinə görə, görüntülərin yol polisi əməkdaşlarına aidiyyatı yoxdur:

"Videodan açıq şəkildə görünür ki, orada deyilənlər quramadır. İnsanlar da həmin quramaya inanıblar. Kimdirsə, o şəxsi tapıb cəzalandırmaq lazımdır. Ola bilər ki, başqa rayonda çəkilib".
Qeyd edək ki, sözügedən videoda guya yol polisi əməkdaşları Bərdə rayon sakini Kərimov Xəyyam Pənah oğlunu içkili vəziyyətdə saxlayırlar. O isə israrla spirtli içkini acqarına deyil, xaşla içdiyini bildirir.