backend

Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir..

Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir..

Aqil insanlar haqqında hələ qədim dövrlərdən belə bir fikir formalaşmış və bu günə kimi gəlib çıxmışdır.
Dillər əzbəri olan bu fikir belədir. Ağıllı adam düşdüyü çətinliklərdən hər zaman çıxış yolu tapır. Aqil adam isə ümumiyyətlə heç bir çətinliyə düşmür. Bəli, hazırkı dönəmdə belə insanlara nadir hallarda rast gəlinir. Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xeyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan verilməməlidir.

Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, bələləri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb, ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.

Təəssüflə qeyd etməliyik ki, günümüzdə belə mənəvilər haqqında düşünənlər barmaqla sayılacaq saydadırlar. Sanki Azərbaycan adlı cəmiyyət bütünlüklə deqradasiyaya uğrayıb. Reallıqda baş verənlər insanı düşündürməyə, düşündükcə daha dərinlərə varmağa sürükləyir. Nədir bu dərinlik? Bu dərinlik var olduğu zamanlardan böyük, eyni zamanda şərəfli tarix yaratmış bir xalqın az qala bütünlüklə cılızlaşmağa doğru üz tutmasıdır. Bu sual insanı qəlbən ağrıdır. Çəkilən bu ağrı insanda sanki dərdinə dərman bula bilməyən bir xərçəng xəstəsinin həyata baxışlarını əks etdirir. Bu uca millətə nə oldu? Başına döndüyüm qartal babalardan niyə, nədən sərçə nəvələr törədi? Nədən bizlər üçün ömrünü şam kimi əridənlərin qədrini bilmirik. Axı, represiya illərindən az qala bir əsr kəçib. Niyə bizim cəmiyyət hələ də o illərdə ilişib qalıb? Həmin illərdə bizlər öz ziyalılarımıza qənim kəsildik. Kimlərə şər atmadlq? Hüseyn Cavidə, Əhməd Cavada, Şərqdə ilk demokratik cumhuriyyətin qurucularına, daha kimlərə? Sonda tarix bizlərə anlatdı ki, böyük rəzalətə imza atmışıq. Atdığımız bu addımlar bizləri xoşbəxt gələcəyə deyil, bataqlığın lap dərinliklərinə itələyib. Hazırki günümüzdə də bizlər bu rəzil işlərdən əl çəkmək istəmirik. Təəssüflə qeyd ediləsi hal budur ki, savadsız, elmi olmayanlarla bir cəbhədə çiyin-çiyinə vuruşan media nümayəndələrini görəndə, adam yaşadığı həyatdan çirkinir. Yəni onlarla birlikdə həyatda nəfəs alır, yaşayır. Yəni o da bu həyatda yaşayır, biz də.
Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir..
Mətbuat bütün dövrlərdə cəmiyyətin güzgüsü rolunu oynayıb. Mətbuat başqalarının görmədiyi görüntüləri ortaya çıxarmaqla, əslində cəmiyyətdə əmin amanlıq balansı yaratmalıdır. Vay o günə ki, mətbuat kimlərinsə əlində, kimlərəsə qarşı dəyənək rolunu oynamaya başladı. Həmin anda mətbuat artıq obyektivliyini itirmiş, cəmiyyətdə yalnız qana zəhər ifraz edən zob funksiyasını yerinə yetirən kimi görsənir. Bələ hərəkətlər cəmiyyətin gözü olan mətbuatı urvatsızlaşdırır, onu dəyərdən salır. Axı, bəzi KİV nümayəndələri nədən halal yolla əldə edilən vara yox, kimlərinsə kabinetlərinə dəvət edilərək orada aldıqları "zakazları" yerinə yetirirlər. Nədən fikirləşmirlər ki, onlar KİV nümayəndəsi üçün ümdə olan ədalət prinsipini pozurlar. Tarixdə düşməninə də məhz ədələtli davranışlarına görə, ədalətli mühakiməsinə görə düşməni müsbət qiymət verib. Hesab etmirik ki, KİV nümayəndələri bu tarixi örnəklərdən xəbərsizdirlər. Yaxşı olmazdımı ki, həmin “kolleqa”larımız daha yaradıcı olsunlar. Məsələn, cəmiyyətdə həç kimin görə bilmədiklərini görüb ictimailəşdirsinlər. Onda indikindən daha cazibədar və daha sanballı görünər, cəmiyyətdə hamı tərəfindən səvilərək qəbul edilir.
Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir əzizlərim. Heç bilirsiniz kimə şər atırsınız? Şər atdıgınız adam millətimizin yüz ildə yetişdirdiyi bir ziyalıdır. Şər atdığınız adam sıradan bir şəxs deyil, bütün ömrünü elmin inkişafına sərf edib. Həmişə gücsüzün yanında olub, ona qəhmər cıxıb. Bəli, o, əsl Vətən daşıdır. Onun qəlbi var. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı şan-şöhrəti yox, insanlıgı, xeyrxahlıgı sevir, bu amalla yaşayır. Bu adam bu dünyadakı var- dövləti yox, axirətdə Allahın qarşısında vərə biləcəyi imtahanı düşünən adamdır. Şər-böhtan atdığınız adam bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanmışdır.

Dostlarımız olan KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kim nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın, ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan verərsiniz ənənəvi hal alar. Amandı gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın!
Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir..

Kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov ölkədə belə xarakterizə olunur


… Yeganə rəhbərdir ki, bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…

… Yeganə rəhbərdir ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona “cənab direktor” yox daha üstün sayğı ilə “müəllim” deməsi də buradan qaynaqlanır.

… Yeganə rəhbərdir ki, ona qarşı ən qərəzli media orqanı belə villalarının, bahalı avtomobillərinin, obyektlərinin şəkillərini dərc etməyib və etməyəcək də…

Qaynarxett.az