backend

Xəzər rayonunda 100 min manatlıq seyf oğurlandı

Xəzər rayonunda 100 min manatlıq seyf oğurlandı














Xəzər rayonunda içərisində 100 min manat olan seyf oğurlanıb.
"Ölkə.Az"ın əldə etdiyi məlumata görə, hadisə Buzovna qəsəbəsi, Albalılıq yaşayış masivində qeydə alınıb.
İlqar Həziyev Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinə ərizə müraciət edərək bildirib ki, evindən içərisində 100 min manat pul olan seyf oğurlanıb. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.