Mətin Kərimli: “Gələn il Məşğulluq Fondu formalaşacaq”

45

Mətin Kərimli: “Gələn il Məşğulluq Fondu formalaşacaq”














“2018-ci ildə “İşsizlikdən sığorta haqqında” qanunun qüvvəyə minməsi nəticəsində Məşğulluq Fondu formalaşacaq”.
APA məlumat verir ki, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən III Məzun-Karyera Sərgisinin açılışında deyib.
Nazir müavininin sözlərinə görə, fond Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çoxsaylı aktiv əmək proqramlarını həyata keçirməyə imkan verəcək: “Bunlara özünüməşğulluq proqramları, gənclərin subsidiyalı əməkhaqqı ilə işə qəbul edilməsi də aiddir. Artıq bizim gənclər sahəsindəki fəaliyyətimizi genişləndirmək üçün bütün maddi-texniki imkanlar var. Yeganə tələb ali təhsil müəssisələrinin, yaxud gənclərin bu kimi proqramlara maraq göstərməsidir”.

M. Kərimli əlavə edib ki, bu il nazirlik tərəfindən ölkənin 9 ali təhsil müəssisəsində məzun-karyera yarmarkası keçirilib. Bu yarmarkalarda tələbələrə 5000-dən çox vakant iş yeri təqdim edilib.