backend

TƏCİLİ!!! İstintaqa təkrar çağırılan Eldar Mahmudov üçün MÜDHİŞ SENARİ - Şok

TƏCİLİ!!! İstintaqa təkrar çağırılan Eldar Mahmudov üçün MÜDHİŞ SENARİ - Şok

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov istintaq altında saxlanır; MTN şefinin təkrar prokurorluğa çağırılması onun ətrafında halqanın daraldılması prosesi kimi qiymətləndirilir...

Palitika.Az-ın verdiyi məlumata görə, həftə sonu yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsində ifadə verən E.Mahmudovu həbs təhlükəsi gözləməsə də, ölkədən çıxışı yasaqlanıb.

Keçmiş nazirin istintaqa çağırılmasına baxmayaraq hələlik barəsində cinayət işi açılması planlaşdırılmır. Lakin gələn il ölkədəki siyasi vəziyyətdən asılı olaraq E.Mahmudov barədə qərar dəyişə bilər. Onun həbsinə hazırlıq üçün indidən “mina”lar hazırdır.

Məsələn, həftə sonu istintaqda sabiq nazir oğlu Anar Mahmudovun biznesi, ölkədən çıxardığı külli miqdarda pulla bağlı sorğu-sual edilib.

A.Mahmudovun ölkədən xaricdəki şirkətlərinin adına çıxardığı vəsaitin ümumi məbləği 1 milyard dollardan artıq olub.

Eyni zamanda “Azadlıq” yazıb ki, MTN generalı Akif Çovdarov Eldar Mahmudovun əleyhinə ifadə verməyə başlayıb.

Halbuki, Çovdarov indiyə qədər Mahmudovu ələ verməyib. Belə görünür ki, MTN rəhbəri üçün ssenari işə salınıb.

Eldar Mahmudov oğlu Anar Mahmudovun adına Almaniyada qeydiyyatdan keçirilən şirkətin bank hesablarına köçürülən 1 milyard dollarla bağlı dindirilərkən, bu əməliyyatların şəffaf olduğunu və razılaşdırıldığını bildirib.

Amma istintaq prosesində yenilik üzə çıxıb. Belə ki, artıq azadlıqdan məhrum edilmiş general Akif Çovdarovun Eldar Mahmudova qarşı verdiyi ifadələr işdə yeni təfərrüatlar yaradıb.

Akif Çovdarov bir neçə yüz milyon dolların taleyi ilə bağlı suallara cavab verərkən, bu pulları müxtəlif zamanlarda şəxsən Eldar Mahmudova təhvil verdiyini iddia edib.

Palitika.Az-ın verdiyi məlumata görə, Eldar Mahmudovun oğlu fransızlarla müqavilə bağlayıb, orada şərab zavodu açıb.

Eldar Mahmudovun oğlu Anar Mahmudov Azərbaycanda, Türkiyədə, İspaniyada, Lüksemburqda şirkət sahibidir. Onun yaratdığı şirkətlər atasının nazir təyin olunduğu vaxtdan sonraya təsadüf edir.

Anar Bakıda “Caspian Crystal” Holdinqinin İdarə Heyətinin sədridir. Şirkətə “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP” və “Velluto” kimi dəbdəbəli restoranlar şəbəkəsi daxildir.

Şirkət ərzaq bazarına da daxil olub. Onlar 2007-ci ildən başlayaraq “Gastronomy-1″, “Gastronomy-2″ və “Gastronomy-3″ mağazalarını açıblar.

Eyni zamanda şirkət Azərbaycanda dünyanın hər yerindən gətirilmiş şərablar və alkoqollu içkilər təklif edən ilk butikin yaradıcısıdır. “Wine City” adlı 18000 şüşənin saxlanıldığı şərab anbarı da şirkətə daxildir.

Şirkət şərab butikinin layihəsi və dizaynını fransızlarla birgə hazırlayıb. Bu şərablar elit müəssisələrə təqdim edilib və VİP müştərilər üçün nəzərdə tutulub.

Şirkət “müştəri təlabatının artmasını” nəzərə alaraq 2012-ci ildə “Wine City-2” mağazasını açdığını bildirir.

Holdinqə “Range Rover”, “Jaguar”, “Maseratı”, “Ducati” kimi avtomobilləri Azərbaycana gətirən “Crystal Motors” da daxildir.

Anar Mahmudov deyir ki, “Bizim missiyamız qida, içki, restoran və keyterinq biznesində ən yaxşı və yüksək keyfiyyətli xidmətləri Azərbaycan bazarında tanıtmaqdır”. Amma bu xidmətləri göstərmək üçün xərclənən pullar şəffafdırmı?

Anar Mahmudov Azərbaycanda "Diqlas-1" MMC-nin təsisçisi, həm də qanuni nümayəndəsidir, “Kristal İnşaat” MMC-nin isə təsisçisidir. “Kristal İnşaat” 2008-ci ildə, "Diqlas-1" MMC isə 2010-cu ildə yaradılıb.

Qaynarxett.az