backend

DAHA CİDDİ!!! 16 ölü: Hakimiyyət İŞİD-ə savaş açıb, vəhabilər isə fəallaşıb - TƏHLÜKƏ

DAHA CİDDİ!!! 16 ölü: Hakimiyyət İŞİD-ə savaş açıb, vəhabilər isə fəallaşıb - TƏHLÜKƏ

Bu il Azərbaycanda terrora qarşı mübarizə daha güclü, koordinasiyalı şəkildə aparıldı

Palitika.Az-ın xəbərinə görə, İŞİD terror qruplaşmasının ölkəmizə ayaq açan üzvləri bir-bir ifşa edildilər.

Hüquq-mühafizə orqanları ayıq-sayıq tərpənərək vəhabiləri məhv ediblər və bu il 16 terrorçu məhv edilib.

Bu kifayət qədər ciddi rəqəmdir. Deməli, ekstremist qüvvələr aktivləşiblər. Xüsusən də seçkiqabağı radikal qüvvələrin, silahlı terrorçuların zərərsizləşdirilməsi istiqamətində tədbirlər güclənməlidir.

Azərbaycanda vəhabi təriqəti ilə məşğul olan şəxslər fəallaşıb. Bunu Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov deyib.

Onun sözlərinə görə, ölkədə vəhabilik və digər yad dini cərəyan nümayəndələri bu gün də Azərbaycanda fəaliyyət göstərir, qadın və azyaşlıları bu işə cəlb edir:

“Həmin təriqət üzvlərinə qarşı aparılan mübarizə nəticəsində 16 nəfər terrorçu məhv edilib. Əməliyyatlar zamanı 21 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının fəaliyyəti nəticəsində başqa ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirak etdiyi üçün 258 nəfərin vətəndaşlığı ləğv edilib”.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən son illərdə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində, qanunsuz silahlı birləşmələrin üzvləri olan 86 nəfər həbs edilərək məhkum olunub.

Mədət Quliyevin MTN-dən sonra yaradılan DTX-nın rəhbərliyinə gətirilməsi terrorla mübarizə istiqamətində planlı işləri sürətləndirib.

90-ci illərin orta və sonlarında Mədət Quliyevin mütəşəkkil cinayətkarlara qarşı mübarizədə əvəzsiz xidmətləri olub. Bu alqışlanmalıdr.

Ölkədəki estremist, terror qruplaşamaları ilə bağlı Mədət Quliyevin mövqeyi kifayət qədər qətidir.

Dövlət Təhlükəsizliyi Xidmətində toplanılmış materiallar əsasında məhkəmə tərəfindən 258 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi barədə qərar verilib.

İranın biznes çevrələri ölkənin kəşfiyyat qurumları ilə əlaqədə olub. Buna görə də əvvəlki MTN rəhbərliyi ölkədə bəzi dini qruplara qarşı göz yumurdu. İndi vəziyyət fərqlidir.

Palitika.Az-ın xəbərinə görə, Azərbaycandan 900 nəfər İŞİD terror təşkilatına qoşulub.

Müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıblar, bəzi vətəndaşlarımız onlara qoşulublar. 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub.

Deyilənə görə, İraqın hüquq-mühafizə orqanlarının da köməyi ilə kimsəsiz qalan azərbaycanlı uşaqların tapılması və vətənə gətirilməsi üzrə işlər gedir. DTX əməkdaşları onların kimliyini təsbit etməklə məşğuldur.

Eyni zamanda döyüşənlərin kimliyinin müəyyən edilməsi və Azərbaycana gəlişinin qadağan olunması, gələrkən saxlanılıb istintaqa təhvil verilməsi istiqamətində də araşdırmalar davam edir.

M.Quliyevin rəhbərliyi altında xeyli sayda ekstremist zərərsizləşdirilib, həbs olunub, hətta silahlı müqavimət göstərən vəhhabilərdən öldürülənlər də var.

Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyinin ləğvindən sonra yaradılan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu sistemə olan etimadı yenidən qaytardı
General Mədət Quliyevin gördüyü işlər, mediaya açıq olması, fəaliyyəti, ardıcıl keçirilən uğurlu əməliyyatlar təhlükəsizlik sisteminə olan inamı bərpa etdi.

DTX əməkdaşlarının həm ekstremist radikal cərəyanlara, həm casus şəbəkəsinə qarşı apardığı əməliyyatlar ölkənin təhlükəsizlik sektorunun etibarlı əllərdə olmasına inam yaradıb.

Son aylarda vəhabilərə, İŞİD-ə bağlı adamlara qarşı keçirilən əməliyyatlar, casus şəbəkələrinin ifşa edilməsi DTX-nin operativ və peşəkar fəaliyyətindən xəbər verir.

Bütün bunlarda cəmiyyətdə Eldar Mahmudovun MTN-dən sonra milli təhlükəsizlik sisteminə inamının qayıtmasıdır.